Dövlət çevrilişinə cəhddə ittiham edilən 40 yaşlı Eldar Əmirov kimdir? - 3 il öncə də həbs edilibmiş

Dövlət çevrilişinə cəhddə ittiham edilən 40 yaşlı Eldar Əmirov kimdir? - 3 il öncə də həbs edilibmiş
SİYASƏT
12:54 03.11.2025
2154
Xəbər verdiyimiz kimi, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Əmirov Eldar Qurban oğlu məkhəmənin qərarı ilə Ramiz Mehdiyev işinə görə dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldar Əmirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

E.Əmirov R.Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib.
 
AZXEBER.COM Eldar Əmirovun kimliyi haqda araşdırma aparıb. 
 
40 yaşlı Eldar Əmirov Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri çalışdığı vaxtlar onun ən yaxın adamlarından biri hesab edilib. Təsadüf deyil ki, Əmirov gənc yaşlarından siyasi elmlər üzrə fəlsəfə doktoru elmi adına yiyələnib. Prezident Administrasiyasında Mehdiyevin köməkçisi çalışan Əmirov ona o qədər sadiq olub ki, işdən çıxarılandan sonra da ondan ayrılmayıb.
 
Hətta Mehdiyev Eldar Əmirov üçün Elmlər Akademiyasında yeni vəzifə də təsis edib. Belə ki, Ramiz Mehdiyev özünün inzibati-amiranə hakimiyyətini qurmaq məqsədi ilə AMEA-nın Nizamnaməsini, demokratik əsaslarını dağıdaraq, qeyri-qanuni AMEA Prezidentinin Katibliyini yaratdı. Eldar Əmirovu da həmin vəzifəyə rəis təyin etdi.
 
Bu təyinatdan sonra da faktiki olaraq AMEA-ya Eldar Əmirov rəhbərlik edib. 

2022-ci ildə mətbuatda yazılana xəbərlərə görə, Eldar Əmirovun yaratdığı geniş şaxələnmiş şəbəkəsi fasiləsiz olaraq şər-böhtan xarakterli məlumatlar toplayıb, şikar seçilən istəlinən alimi, institut rəhbərlərini, adi işçiləri hədəfə alıb, ləkələnməsi, sıradan çıxarılması üçün davamlı fəaliyyət göstərib.

Eldar Əmirov həmçinin xüsusi maraqlar zəminində, özünə məxsus taktiki gedişlər əsasında AMEA-nın kadr siyasətini həyata keçirir, şübhəli reputasiya və qabilyyətə malik şəxsləri müxtəlif vəzifələrə yerləşdirib. Mehdiyev hakimiyyətini gücləndirmək, bədniyyətli məqsədlərinə çatmaq üçün, qeyri-qanuni olaraq AMEA Rəyasət Heyəti Aparatının rəhbəri vəzifəsini təsis edib.

Bu yerdə qeyd edək ki, bu Eldar Əmirovun ilk həbsi deyil. O 3 il bundan öncə də saxlanılıbmış.
 
2022-ci ildə AMEA prezidenti Katibliyinin rəisi olan Eldar Əmirov 39 sutka həbs edliib. 
 

Məlumata görə, Eldar Əmirov barəsində Daxili İşlər Nazirliyinə daxil olan çoxsaylı şikayətlər əsasında araşdırma aparılıb. İddialara əsasən, o, AMEA-da vəzifələrin verilməsi və digər inzibati məsələlərdə "maddi maraqlar” müqabilində qərarlar çıxarıb. Daha sonra o, şikayət əsasında saxlanılıb.

Yasamal rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə E. Əmirov 30 sutka həbs edilib.

 

Şikayətlər əsasən E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlı olub. İddia olunub ki, o, pul ilə işə adam düzəldirmiş.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir