Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi

Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
SİYASƏT
16:55 20.10.2026
196
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 19-20 oktyabr 2026-cı il tarixində Qırğız Respublikasının Bişkek şəhərində XV plenar iclası keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, iclas çərçivəsində Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri, akademik Əhliman Əmiraslanov komissiyanın hesabat məruzəsi və tövsiyə qərarı ilə bağlı çıxış etmişdir.
 
Komissiyasının sədri Əhliman Əmiraslanov çıxış edərək bildirib ki, "...TÜRKPA üzv dövlətlərində ətraf mühitin çirklənməsi: problemlər və əməkdaşlıq perspektivləri" mövzusuna dair tövsiyə qərarı təsdiq edilməsi üçün plenar iclasa təqdim edilir.
 
Həmin sənəd digər sənədlər kimi üzv tərəflərə göndərilib və Komissiya üzvləri artıq təkliflərin mətni ilə tanışdır. Qeyd etmək istərdim ki, bu tövsiyələr hesabat məruzəsində əks olunan məsələlər və tərəflərdən daxil olan  tövsiyə xarakterli təkliflər əsasında hazırlanıb və TÜRKPA üzv dövlətlərində ətraf mühitin çirklənməsi ilə mübarizə sahəsində əməkdaşlığın inkişafına yönəlib. 
 
Bu məsələ bu gün yalnız Türk dövlətləri regionu  ilə bağlı olmayıb, bütün dünyada strateji əhəmiyyət daşıyan məsələlərdəndir. Ətraf mühitin çirklənməsindən yaranan problemlər bizim ortaq əməkdaşlığımızın gücləndirilməsini tələb edir. Türk dövlətləri arasında digər sahələrdə olduğu kimi, bu sahədə də əlaqələrin daha da inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. TÜRKPA bu istiqamətdə qanunvericiliyin uyğunlaşdırılması və yaxınlaşdırılması məqsədilə müvafiq istiqamətlərdə üzv dövlətlərin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsini dəstəkləyir.
 
Təqdim olunan tövsiyə qərarı özündə TÜRKPA üzv dövlətlərində ətraf mühitin çirklənməsi ilə bağlı əməkdaşlıq perspektivlərinin, birgə fəaliyyətin genişləndirilməsini, yaşıl texnologiyaların təşviqinə, bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsinə dair prinsiplərin tətbiqini ehtiva edir. Sənəddə, həmçinin tullantıların idarə olunması, çirkab suların təmizlənməsi, ekoloji maarifləndirmə və təmiz istehsal texnologiyalarının tətbiqi kimi mühüm istiqamətlərə yer verilib...”.

Həmçinin Əhliman Əmiraslanov sənəddə əks olunmuş tövsiyələrin TÜRKPA üzv dövlətlərinin müvafiq sahədəki qarşılıqlı əməkdaşlıqlarının daha da inkişaf etməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
18:19 20.10.2026
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
17:54 20.10.2026
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
17:49 20.10.2026
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
17:35 20.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
Bu yolda hərəkət məhdudlaşdırılacaq
17:32 20.10.2026
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
16:32 20.10.2026
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
16:28 20.10.2026
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
16:25 20.10.2026
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
16:18 20.10.2026
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
16:12 20.10.2026
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı