Elmar Vəliyev gənclərlə görüşdü - FOTOLAR

Elmar Vəliyev gənclərlə görüşdü -  FOTOLAR
GƏNCLİK
11:26 01.02.2014
2198

2 fevral Gənclər günü münasibətilə Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə gənclərin görüşü keçirilib. Görüşdə şəhər rəsmiləri, ali və orta ixtisas məktəblərinin kollektivləri, ictimaiyyətin nümayəndələri və gənclər iştirak edib.

AZXEBER.COM-un məlumatına görə, görüşdə gənclərin arzu və təklifləri dinlənilib və onların reallaşdırılması üçün müvafiq təşkilatlara tapşırıqlar verilib.

Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gəncləri təbrik edib. Bildirib ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb. Gənclərlə bağlı xeyli sayda qanunlar, hüquqi aktlar və dövlət proqramları qəbul olunub.

Bu gün Azərbaycan gənclərinin səsi dünyanın ən mötəbər beynəlxalq kürsülərindən əzəmətlə səslənir. Əldə olunan qələbələrdə Gəncə gənclərinin payı xüsusi vurğulanır. Hazırda Nizami yurdunda 20 mindən çox tələbə təhsil alır. Onlar şəhərin ictimai-mədəni, iqtisadi həyatında yaxından iştirak edirlər.

Mən də gənclərin bu fəallığını yüksək qiymətləndirirəm. Hazırda bu görüşü keçirməklə, hər bir gəncin fikrini, istək və arzularını bilmək istəyirəm.

Gəncə şəhər Gənclər İdman baş idarəsinin rəisi Müşfiq Cəfərov, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Nigar Talıbova, Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Əli Tağıyev çıxış edərək, bütün gəncləri Gənclər günü münasibətilə təbrik edib, onları Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşməyə, həmrəy olmağa çağırıblar.

Tədbir çərçivəsində ictimai işlərdə xüsusi fəallıqları ilə seçilən gənclər Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif edilib.

Sonra gənclər öz istək və təklifləri ilə çıxış ediblər.

Görüşün sonunda gənclərlə birlikdə xatirə şəkli çəkilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər