Elmar Vəliyev hesabat verdi - FOTOLAR

Elmar Vəliyev hesabat verdi -  FOTOLAR
SİYASƏT
11:20 19.04.2014
1623

Gəncə  əvvəlki  illərdə  qazandığı  uğurlarını cari ilin birinci rübündə də qoruyub saxlayıb.

AZXEBER.COM xəbər verir ki, həmişə olduğu kimi, 2014- cü ilin ilk 3 ayı da şəhərimiz üçün uğurla yekunlaşıb. Ötən dövr ərzində əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, respublikanın digər bölgələri kimi, Azərbaycanın bu qədim şəhəri də bütün sahələr üzrə böyük inkişaf yolundadır.

Aprelin 18-də Gəncə Şəhər İcra Hakimiyyətinin böyük iclas salonunda keçirilən ümumşəhər müşavirəsində geniş məruzə ilə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verərək demişdir ki, bu uğurlar Respublika Prezidenti cənab İlham Əliyevin yanvarın 21-də Gəncəyə növbəti səfərindən sonra daha da sürətlənmiş, gəncəlilər tarixi səfər zamanı ölkə başçısının verdiyi hər bir tapşırığı proqram sənədi kimi qəbul edərək daha əzmlə çalışıblar.

Elmar Vəliyev daha sonra demişdir ki, şəhərdə başlanan abadlıq və quruculuq işləri yola saldığımız rüb ərzində də uğurla davam etdirilib. Belə ki, ümumdaxili məhsul istehsalı 159 milyon manata çatıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur. Əhalinin pul gəlirləri də xeyli artıb. Şəhərdə fəaliyyət göstərən “Gəncə-Şərab-2”, “Elba”, Gəncə-Tekstil Məhdud Məsuliyyətli Cəmiyyət həmişə olduğu kimi ötən rüb ərzində də uğurlara imza atmışlar.

Elmar Vəliyev şəhərdə həyata keçirilən abadlıq və quruculuq işlərinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artdığını söyləyib. 300 yaşayış binasının dam örtüyü və fasadı yenidən  qurulub, 70 ədəd çoxmərtəbəli binada liftlər yenisi ilə əvəz edilib. Bir çox küçələr genişləndirilib, şəhər Təhsil İdarəsi, Mərkəzi Bankın Gəncə şəhər filialı, Nizami rayon Polis İdarəsi üçün inzibati binalar inşa edilib. Bundan başqa, bir çox küçələrdə Gəncə memarlıq üslubuna uyğun olaraq, binaların fasad hissəsi kərpiclə təmir olunub, küçələrə gözəl görkəm verilib.

  Şəhərdə ekologiyanın qorunması və eləcə də, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə “Ulu öndərin ad gününə kimi 91 min ağac əkək!” devizi altında keçirilən aksiya uğurla davam etdirilir.

Müşavirədə şəhər ictimai nəqliyyatının yenilənməsi, həmçinin işıq, qaz təsərrüfatında olan bəzi nöqsanların aradan qaldırılması üçün  müzakirələr aparılıb, bu sahələrdə işlərin kökündən yaxşılaşdırılması məqsədilə tapşırıqlar verilib.

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev ulu öndər Heydər Əliyevin 91 illiyi ilə əlaqədar Gəncədə keçirilən möhtəşəm tədbirlər haqqında məlumat verib. Bildirib ki, silsilə tədbirlər sırasında ulu öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə bağlı ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə YAP Gəncə şəhər Təşkilatının Qərargahında və Heydər Əliyev Mərkəzində dərslər keçirilir. Bu günə qədər 3703 nəfər şagird dərslərdə iştirak edib.

Müşavirədə iştirakçılar bir sıra arzu və təkliflər irəli sürüblər. Bununla bağlı aidiyyəti idarə və təşkilatların rəhbərlərinə tapşırıqlar verilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
14:31 27.07.2026
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
14:28 27.07.2026
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI
14:12 27.07.2026
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI