Elxan Süleymanov Avronest rəhbərliyinə etiraz məktubu göndərib

Elxan Süleymanov Avronest rəhbərliyinə etiraz məktubu göndərib
Bütün Xəbərlər
20:00 16.04.2013
1091

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinə, Avronest PA-nın həmprezidentlərinə və büro üzvlərinə məktub ünvanlayıb. Bu barədə APA-ya E. Süleymanovun ofisindən məlumat verilib.

Məktubda qeyd olunub ki, “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumu (ŞT VCF) İdarə Heyətinin aprelin 4-5-də Ermənistanda keçirilmiş iclasında ŞT regionundakı separatçı ərazilərdə (Dağlıq Qarabağ, Abxaziya, Şimali Osetiya və Dnestryani ərazilər) fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının VCF-nin Moldovada keçiriləcək 5-ci illik görüşündə təmsilçiliklərinin təmin edilməsi və "Şərq Tərəfdaşları regionları" adı ilə onlara 10 yer ayrılması üçün ŞT VCF milli platformalarının müzakirələrə başlaması haqda qərar qəbul edilib: “Narahatlıqla qeyd etmək istəyirik ki, ŞT VCF-nun İdarə Heyətinin həmin qərarı beynəlxalq hüquq normalarını, Azərbaycan, Gürcüstan və Moldovanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü şübhə altına alır, o cümlədən həmin ŞT ölkələrinin Aİ ilə münasibətlərinin hüquqi əsaslarına ziddir. Hesab edirik ki, separatçı rejimlərin nəzarətində olan ərazilərin “Şərq Tərəfdaşlığı regionu” adlandırılması əslində gizli formada işğalçılığa bəraət qazandırmaq və ŞT dövlətlərinin ərazilərinin işğal edilməsini və ya parçalanmasını qanuniləşdirmək cəhdindən başqa bir şey deyil”.

Millət vəkili qeyd edib ki, Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramında 6 ölkə - Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Ermənistan və Belarus mövcuddur. Avropa İttifaqının heç bir sənədində indiyədək nə “Avropa İttifaqının regionu”, nə də “Şərq Tərəfdaşlığı regionu” anlayışlarına rast gəlinməyib: “Odur ki, ŞT VCF “Şərq Tərəfdaşlığı regionu’’ ifadəsini siyasi və ictimai dövriyyəyə gətirmək cəhdi təxribatdır, gələcəkdə zəncirvari şəkildə çox ciddi və uzaq gedən ağır nəticələr verə bilər. ŞT VCF-nun İdarə Heyətinin qeyd edilən qərarına, xüsusilə də Dağlıq Qarabağı “Şərq Tərəfdaşlığı regionu’’ adlandırmasına qarşı qəti etirazımızı bildirərək bəyan edirik ki, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının beynəlxalq hüquqla təsbit edilmiş və ayrılmaz tərkib hissəsidir. Bu səbəbdən də Azərbaycanın işğal edilmiş ərazilərindən olan QHT-lərə ŞT VCF-da təmsilçilik hüququnun verilməsi cəhdi beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil etməklə, bir tərəfdən Ermənistanın işğalçılıq siyasətini təqdir edir, digər tərəfdən isə Azərbaycanın dövlət suverenliyinə hörmətsizlik nümayiş etdirir və onu beynəlxalq hüququn imperativ prinsiplərinə zidd olaraq şübhə altına alır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 27.07.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
06:54 27.07.2026
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi