Əraqçi yaponiyalı həmkarı ilə telefon danışığı aparıb

Əraqçi yaponiyalı həmkarı ilə telefon danışığı aparıb
DÜNYA
02:23 03.05.2026
575
İranın xarici işlər naziri Abbas Əraqçi yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə telefon danışığı aparıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə A. Əraqçinin "Telegram" kanalında məlumat paylaşılıb.

"Bu telefon danışığı zamanı A. Əraqçi yaponiyalı həmkarını diplomatik proses, habelə ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin dayandırılması üzrə cari səylər və təşəbbüslərlə bağlı son hadisələr barədə məlumatlandırıb", - məlumatda bildirilib.

Bundan başqa, Yaponiyanın XİN başçısı ilə telefon danışığında ikitərəfli münasibətlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb.

Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Media yazıb ki, aprelin 27-də İslamabadda, İran və ABŞ arasında danışıqların növbəti raundu keçirilməli idi və bunu Ağ Ev də təsdiqləmişdi. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner şənbə günü İslamabada uçmalı idilər, lakin bundan qısa müddət əvvəl Tramp öz nümayəndələrinin Pakistana səfərini ləğv etdiyini bildirib.

Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.

/report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
18:26 23.07.2026
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
Aİ "Google"u 890 milyon avro cərimələyib
18:25 23.07.2026
Aİ "Google"u 890 milyon avro cərimələyib
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
17:53 23.07.2026
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
17:39 23.07.2026
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
17:28 23.07.2026
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
17:25 23.07.2026
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
17:20 23.07.2026
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
16:45 23.07.2026
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
16:27 23.07.2026
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
16:20 23.07.2026
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
16:12 23.07.2026
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
16:09 23.07.2026
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
Bu ərazilərdə qaz olmayacaq
16:04 23.07.2026
Bu ərazilərdə qaz olmayacaq
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
15:49 23.07.2026
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
Ətin qiyməti niyə od tutub yanır?
15:37 23.07.2026
Ətin qiyməti niyə od tutub yanır?
Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” üzr istədi - VİDEO
15:26 23.07.2026
Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” üzr istədi - VİDEO