Erməni deputat: "Hakim fraksiyada Paşinyanın istefasını istəyənlər çoxdur"

DÜNYA
11:09 20.11.2020
152
"Hakim "Mənim addımım” fraksiyası üzvlərinin çoxu Ermənistanın baş naziri Nikol Paşinyanın istefa verməsini istəyir”.

Bunu Ermənistanda çıxan "İrates” qəzeti yazıb.

"Hakim "Mənim addımım” fraksiyasından 3 nəfər istefa versə, yaxud təşkilatdan çıxsa da, noyabrın 10-da təslimiyyət elan edildikdən sonra baş nazirin istefası ilə bağlı ciddi fikir ayrılığı var”, - "İrates” bildirib.

Hakim fraksiyadan olan deputatlardan biri qəzetə bunları deyib: "O, (N.Paşinyanı nəzərdə tutur – "Report”) əlbəttə, getməlidir. Onun görəcəyi bir iş qalıb? Müharibəni uduzan hansı lider vəzifəsinin icrasını davam etdirib? Məsələ ondadır ki, biz baş verənlərlə barışmamışıq. Sadəcə olaraq biz sərt bəyanatlar verib, ölkəni silkələmək istəmirik. Özümüzə yer tapa bilmirik. Biz də baş verənləri başa düşmək istəyirik, gözləmə mövqeyindəyik”.

O deyib ki, hakim fraksiyanın üzvlərinin 80 faizi Nikol Paşinyanın istefasını istəyir. Müxbirin "Ona etimadsızlıq göstərməkdə siz nə mane olur” sualını deputat belə cavablandırıb: "İlk növbədə bu ölkənin təhlükəsizliyi ilə bağlıdır. Biz təhlükəni Türkiyə tərəfdən görürük. Hesab edirik ki, bir az dözüb görəcəyimiz işlərə aydınlıq gətirməliyik”.

Deputat bildirib ki, partiyadaxili müzakirələr zamanı parlamentin xarici əlaqələr komissiyasının sədri Ruben Rubenyan və parlament sədrinin müavini Lena Nazaryan baş nazirin istefa verməsinin əleyhinə çıxış ediblər.

Deputat qeyd edib ki, N.Paşinyanın istefası üçün küçəyə çıxıb "Nikol, get!” şüarı deyənlərə qoşulmayacaqlar: "Əksinə, Paşiyan gedəcək, yerinə partiyamızdan başqası gələcək. Məsələn, baş nazirin birinci müavini Tiqran Avinyan, yaxud ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan onun yerinə gələ bilər”.
 
///Report

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:10 24.11.2020

Xədicənin təhsil haqlarını öhdəsinə götürən Əziz Sancar kimdir? - VİDEO

15:53 24.11.2020

"Qalatasaray" klubu şəhidimiz Fərid Dursunovla bağlı paylaşım etdi - FOTO

15:52 24.11.2020

Putindən Qarabağla bağlı yeni açıqlama

15:41 24.11.2020

Şuşaya aparan avtomobil yolunun inşasına start verildi - FOTO

15:18 24.11.2020

Sosial şəbəkədə gündəmə çevrilən 20 yaşlı qazimizin anası danışdı - VİDEO

15:15 24.11.2020

Azərbaycanda kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı rəsmi AÇIQLAMA

15:06 24.11.2020

Ermənilərin mənimsədiyi xalçamızla bağlı tarixi yalan ifşa edildi: Bizə məxsus olduğu təsdiqləndi - FOTO

15:06 24.11.2020

Ermənistanda daha bir nazir istefa verdi

15:03 24.11.2020

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

14:38 24.11.2020

Ermənilər Kəlbəcərin girişindəki lövhəni sökdü – FOTO

14:34 24.11.2020

Ermənilər Azərbaycan Ordusundan kömək istədi - ANBAAN VİDEO

14:33 24.11.2020

Məzarında “Qalatasaray” bayrağı qaldırılan şəhid zabitimiz - FOTOLAR

14:07 24.11.2020

Ayağından yaralanan İlqar: "Xəstəxanada 1 həftə ağladım ki, məni yenidən müharibəyə göndərin" - VİDEO

14:02 24.11.2020

Səhiyyə Nazirliyi koronavurisla mübarizə aparan həkimlərə əlavə pul ödəyib

13:44 24.11.2020

Qarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldü - FOTO

13:41 24.11.2020

Erməni əsirliyində olan Bayramın anası müraciət etdi - VİDEO