“Faşist Qareginin heykəlinin götürülməsi üçün addımlar atmalıdır”

“Faşist Qareginin heykəlinin götürülməsi üçün addımlar atmalıdır”
SİYASƏT
17:49 14.10.2019
6841
"Prezident İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında mühüm mesajlar verdi, ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə etdi. Möhtərəm Prezidentimizin çıxışında mühüm məqamlardan biri erməni faşizminin mövcudluğunu tarixi faktlarla bəyan etməsi oldu. Bu faktlar qarşısında çıxılmaz vəziyyətə düşən Ermənistan baş naziri məntiqsiz çıxışı ilə yadda qaldı. Azərbaycan Prezidenti isə Paşinyanın iddialarını darmadağın etdi”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

V.Rəhimzadə bildirib ki, hər hansısa ölkədə nasizm cəlladlarına abidənin qoyulması açıq-aşkar təbliğat vasitəsidir: "Bu da bir daha təsdiq edir ki, Ermənistanda nasizm dövlət səviyyəsində təbliğ edilir. Bütün beynəlxalq toplantılarda Ermənistanın işğalçılıq siyasətini ifşa edən Azərbaycan Prezidenti MDB Dövlət Başçıları Şurasının iclasında da bu ölkənin yürütdüyü siyasətin əsl mahiyyətini açdı. Dövlətimizin başçısı bundan əvvəl keçirilən "Valday” Belynəlxalq Diskussiya Klubunun XVI illik iclasının sessiyasındakı çıxışından sonra Türkmənistanda növbəti dəfə N.Paşinyana ağır diplomatik zərbə vurdu”.

"İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, dövlətimizin başçısı çıxışında MDB məkanında, xüsusilə də Ermənistanda faşistlərin qəhrəman kimi qələmə verilməsini, Hitlerin əlaltılarından biri olan Njdeyə Yerevanda heykəl qoyulmasını qəti şəkildə pislədi: "Bildirdi ki, nasist Qaregin Njdenin heykəli Ermənistanın keçmiş rəhbərliyi tərəfindən Yerevanda 2016-cı ildə qoyulub. Açılışda keçmiş prezident Serj Sarkisyanın adından gətirilən əklilin üzərində "erməni milli azadlıq hərəkatının qəhrəmanı, görkəmli hərbi və siyasi xadim” sözləri də yazılıb. Baxmayaraq ki, Ermənistan 2014-cü ildə BMT Baş Assambleyasında nasizmin qəhrəmanlaşdırılması, neonasizm və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün müasir formalarının kəskinləşməsinə kömək edən digər təcrübə növləri ilə mübarizə haqqında Qətnamənin qəbul edilməsinə səs verib. Azərbaycanın da imzaladığı Qətnamə layihəsi Rusiya tərəfindən təqdim olunmuşdu. Ermənistanın "milli qəhrəmanı” sayılan Njde 1942-ci ildə digər belə "milli qəhrəman” Drastamat Kanayan ilə birlikdə əsir düşüb. O, Avropada yaşayan ermənilərdən ibarət "Erməni legionu”nun yaradıcısı olub. Bu legion silahlanaraq sovet ordusuna qarşı vuruşub, terror aktları törədib, sovet partizanlarını məhv edib, Avropanın yəhudi əhalisinin qırılmasında – Holokostda iştirak edib. Heç də təsadüfi deyil ki, "Almaniya uğrunda ölənlər Ermənistan uğrunda ölürlər” ifadəsi də Njdeyə məxsusdur. Əlbəttə, Njde burada faşist Almaniyasını nəzərdə tuturdu. Məhz bütün bu cür faktları rəsmi  tədbirdə birbaşa Paşinyanın üzünə deyən Prezident İlham Əliyev Ermənistan rəhbərliyini fakt qarşısında qoydu. Buna görədir ki, Azərbaycan Prezidentinin çıxışından sonra Njdenin heykəlinin qoyulmasına və onun Ermənistanda milli qəhrəman kimi anılmasına bəraət qazandırmağa çalışan Paşinyan gah nala, gah da mıxa vurdu”.

"Nasistlərin əlaltısı, faşist və antisemit Qaregin Njdeyə heykəl qoyulmasına dünya niyə susmalıdır? Ermənistan bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilmiş faşist canini necə öz qəhrəmanı adlandıra bilər?” deyən Vüqar Rəhimzadə əlavə edib ki, erməni faşist Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi biabırçılıqdır və Holokost qurbanlarının xatirəsinin təhqir edilməsi deməkdir: "Ona görə də dünya ictimaiyyəti bu faşist ənənəsini davam etdirən Ermənistana təzyiqlər etməli və erməni faşist Qaregin Njdenin heykəlinin götürülməsi üçün addımlar atmalıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
16:19 25.06.2025
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
Yay aylarında necə qidalanmaq lazımdır?
15:49 25.06.2025
Yay aylarında necə qidalanmaq lazımdır?
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
15:31 25.06.2025
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
15:25 25.06.2025
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik
15:22 25.06.2025
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik
Nazilə Səfərli pnevmaniya oldu: "Arxasına balış qoyanlar sevinir"
15:15 25.06.2025
Nazilə Səfərli pnevmaniya oldu: "Arxasına balış qoyanlar sevinir"