Fəzail Ağamalının oğlu partiyadan çıxarıldı

Fəzail Ağamalının oğlu partiyadan çıxarıldı
SİYASƏT
21:50 07.11.2025
843
Milli Məclisin deputatı Fəzail Ağamalının oğlu Elçin Ağamalı "Ana Vətən" Partiyasından qovulub. 

AZXEBER.COM xəbər verir ki, bu barədə "Ana Vətən” Partiyasının İdarə Heyətinin iclasında qərar qəbul edilib. 

""Ana Vətən" Partiyasının növbədənkənar IX Qurultayında prosedur qaydalarını kobud pozmaqla Partiya üzvünün müvafiq vəzifələrini (Partiya orqanlarının qanuni qərarlarını yerinə yetirmək; Partiyanın adına, məqsəd və vəzifələrinə xələl gətirən hərəkətlərə yol verməmək) müəyyən edən "Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 22.2.3-cü, 22.2.6-cı maddələrinin və Partiya Nizamnaməsinin 5.5.3-cü, 5.5.6-cı bəndlərinin tələblərini pozmuş Elçin Ağamalının Partiyadan xaric edilməsi məsələsinə baxıldı.

Partiya Nizamnaməsinin Partiyadan xaric olunmaq üçün əsaslardan biri olan 5.8.1-ci bəndi (Nizamnamənin müddəalarını kobud pozan və Partiyanın nüfuzuna mühüm zərər vurmuş hərəkət və ya hərəkətsizlik etmək) rəhbər tutularaq İdarə Heyətinin qərarı ilə Elçin Ağamalı "Ana Vətən” Partiyasından xaric edildi.

Bununla yanaşı, Partiyanın 12 rayon təşkilatının sədrləri partiya üzvü olmayan 25 şəxsin Qurultayın rəsmi nümayəndəsi kimi təqdim etməsi faktı da araşdırıldı. Aparılan araşdırmalar nəticəsində, bir sıra rayon partiya sədrlərinin saxtakarlığa yol verdikləri və onların göstərişi ilə partiya üzvü olmayan şəxslərin Qurultay nümayəndələri qismində Qurultayın gedişinə qanunsuz müdaxilələri müəyyən edildi.

İdarə Heyəti Partiya Nizamnaməsinin 5.8.1-ci, 10.3-cü və 12.3.7-ci bəndlərini əsas götürərək, 12 rayon təşkilat sədrlərinin (Paşa Alməmmədov – Ağstafa rayon təşkilatı, Telman Qasımov - Ağsu rayon təşkilatı, Orxan Əhmədov - Bərdə rayon təşkilatı, Ziya İbrahimov - Hacıqabul rayon təşkilatı, Elnur Osmanov - Kürdəmir rayon təşkilatı, Mahmud Nuriyev - Qazax rayon təşkilatı, Yaşar Tağıyev - Lənkəran rayon təşkilatı, Azad Əhmədov - Masallı rayon təşkilatı, Bayram Mustafayev - Sabunçu rayon təşkilatı, Nazim Muradəlizadə - Şabran rayon təşkilatı, Çoşğun Məmmədov - Zərdab rayon təşkilatı, Fazil Ağamalıyev - Suraxanı rayon təşkilatı) Partiyadan xaric edilməsi, həmin təşkilatların fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul etdi.

Partiya üzvü olmayan şəxslərin nümayəndə qismində Qurultaya qatılmasına məsuliyyətsiz yanaşdığına və hazırlıq prosesində yol verdiyi nöqsanlara görə, növbədənkənar IX Qurultayın Təşkilat Komissiyasının sədri Ülvi Bayramova töhmət verildi.

İdarə Heyətinin yığıncağında verilən bütün qərarlar yekdilliklə qəbul olundu", - deyə partiyanın məlumatında deyilir. 

Eyni zamanda qeyd olunur ki, "Ana Vətən” Partiyasının Ali Məclisinin sədri Rəşadət Yaqublunun Partiya üzvlüyündən çıxmaq ilə bağlı Partiyanın Binəqədi rayon təşkilatına ünvanladığı ərizə nəzərə alınaraq, Partiyadakı üzvlüyünə xitam verilib. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası