Gənclər üçün dövlət qulluğu üzrə növbəti regional təlim Qazax rayonunda keçirildi - FOTO

Gənclər üçün dövlət qulluğu üzrə növbəti regional təlim Qazax rayonunda keçirildi - FOTO
GƏNCLİK
11:43 10.07.2019
4353
Qrafikə uyğun son olaraq Şəmkir rayonunda keçiriləcək

Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Gənclər Fondunun (AGF) maliyyə dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) tərəfdaşlığı ilə "Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması” adlı maarifləndirici layihə çərçivəsində növbəti fəaliyyətə başladı.

Layihənin tədbirlər proqramına uyğun gənclərin dövlət qulluğu üzrə növbəti regional təlim – informasiya sessiyası Qazax rayonunda keçirildi.

Qazax Gənclər Evində başlayan 3 günlük tədbirin rəsmi açılışında GİKM Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov, rayon gənclər və idman idarəsinin rəisi Vüqar Nəbiyev, ADTGT sədri Asif Əsgərli, layihə eksperti Gülnarə Bağırova və təlimçi Dadaş Əhmədli iştirak edirdi.

Qonaqları salamlayan və təlimə uğurlar arzulayan İ. Süleymanov və V.Nəbiyev bu tədbirin rayon gənclərinin maariflənməsi və dövlət qulluğuna maraq və stimullarının yaranması baxımından müsbət əhəmiyyətini qeyd etdi və layihənin region gənclərinin sosial inkişafına və maariflənməsinə xidmət edəcəyini və davamlı olacağını bildirdilər.

ADTGT sədri, layihə rəhbəri A. Əsgərli layihə və tədbirlərin qısa təqdimatını edərək, on-line ərizə qəbulu aparıldığını və buna uygun təlimlərə başlanıldığını, 3 gün davam edəcək info sessiyanın sonunda ən yaxşıların seçilərək, Bakıda keçiriləcək "təlimçilər üçün təlim” (TOT) kursuna dəvət olunacaqlarını vurğuladı. Layihə eksperti G. Bağırova dövlət qulluğunun əhəmiyətini qeyd edərək, gənclərin bu sahəyə maraq göstərmələrinin müsbət tərəflərini açıqladı və eləcədə çap olunan materiallar haqda məlumat verdi.

 
Sonra təlimçi D. Əhmədli tərəfindən interaktiv metodlarla təlim başlanıldı, iştirakçılar arasında məlumatlılıq səviyyəsinin yoxlanılması üçün pre-test aparıldı. Region gənclərinə dövlət qulluğu proqramına uyğun geniş və əhatəli bilik və informasiyalar çatdırıldı.

3 gün davam edəcək təlimin sonunda gənclərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün post-test aparılacaq və TOT üçün ən yaxşılar seçiləcəkdir.

Regional təlimlər qrafikə uyğun son olaraq Şəmkir rayonunda keçiriləcəkdir.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
13:46 02.11.2026
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
13:46 02.11.2026
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
13:38 02.11.2026
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
13:36 02.11.2026
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
13:30 02.11.2026
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
13:18 02.11.2026
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib
13:14 02.11.2026
Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib
“Jurnalistlər Ekstremal Şəraitdə” İB-dən REAL TV və APA əməkdaşlarına qarşı təzyiqlərlə bağlı AÇIQLAMA
12:59 02.11.2026
“Jurnalistlər Ekstremal Şəraitdə” İB-dən REAL TV və APA əməkdaşlarına qarşı təzyiqlərlə bağlı AÇIQLAMA
Ərdoğan İlham Əliyevi və xalqı Azərbaycan səmasından təbrik etdi - VİDEO
12:48 02.11.2026
Ərdoğan İlham Əliyevi və xalqı Azərbaycan səmasından təbrik etdi - VİDEO
Özəl məktəblərdə də vahid məktəbli geyimi tətbiq olunacaq? - AÇIQLAMA
12:37 02.11.2026
Özəl məktəblərdə də vahid məktəbli geyimi tətbiq olunacaq? - AÇIQLAMA
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
12:35 02.11.2026
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
12:31 02.11.2026
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb
12:26 02.11.2026
Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb
“Rəqəmsal Media Ayı" niyə vacibdir? - Əməkdar jurnalistdən açıqlama
12:21 02.11.2026
“Rəqəmsal Media Ayı" niyə vacibdir? - Əməkdar jurnalistdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində “Məhsul bayramı” keçirildi - FOTOLAR
12:12 02.11.2026
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində “Məhsul bayramı” keçirildi - FOTOLAR
Dərsə gəlməyən 10-11-ci sinif şagirdlərinin nəzərinə - Nazir müavinindən AÇIQLAMA
11:56 02.11.2026
Dərsə gəlməyən 10-11-ci sinif şagirdlərinin nəzərinə - Nazir müavinindən AÇIQLAMA