İctimai nəqliyyatda nağdsız ödəniş ilə bağlı yeni layihə həyata vəsiqə aldı

İctimai nəqliyyatda nağdsız ödəniş ilə bağlı yeni layihə həyata vəsiqə aldı
İQTİSADİYYAT
13:28 16.09.2020
456
Dövlət bankı Azər Türk Bank, AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və MasterCard beynəlxalq ödəniş sistemi ölkədə ilk dəfə olaraq ictimai nəqliyyatda bank kartları ilə ödəniş etmək imkanı yaradan birgə layihəni gerçəkləşdirib.
 
AZXEBER.COM xəbər verir ki, bu layihə "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş rəqəmsal ödənişlərin genişləndirilməsinə yönəlmiş tədbirlərdən biridir. Layihə nağd dövriyyənin həcminin minimuma endirilməsi, nağdsız hesablaşmaların, o cümlədən təmassız kart əməliyyatlarının sayının artırılması və ödənişlərin operativ qəbulunun təşkili ilə əlaqədar tədbirlərin icrası məqsədi ilə reallaşdırılmışdır. Bununla əlaqədar, ictimai nəqliyyatda istifadə üçün prepaid tipli «İNKART» təmassız ödəniş kartı buraxılmışdır.

İstifadəyə veriləcək bu unikal kartın əsas üstünlüyü onu banka gəlmədən, heç bir sənədləşmə işi aparılmadan əldə etməyin mümkünlüyüdür. Bu kartın digər üstün cəhətləri isə, balansın terminallar və onlayn kanallar vasitəsilə artırılması, kart sahibinin öz telefonuna mobil əlavə yükləməklə kartını idarə etmək imkanının olmasıdır.

Hazırda innovativ nəqliyyat ekosistemi yaradılmış, avtobuslarda yeni nəsil ödənişləri qəbul edən cihaz – validatorlar quraşdırılmışdır. Validatorlarda təmassız ödəniş imkanına malik istənilən banka məxsus ödəniş kartı ilə ödəniş etmək mümkündür ki, bu imkan istifadəçiyə əlavə kart almaq zərurəti yaratmır.

Qurulmuş ekosistem, hazırda istifadəyə verilmiş validatorlarda, ödəniş kartlarından əlavə NFC texnologiyanı dəstəkləyən avadanlıqlar — smartfon, «ağıllı saat» və s. vasitəsilə real vaxt rejimində ödənişləri həyata keçirməyi mümkün edir.

Layihənin ikinci mərhələsində istifadəyə verilmiş mobil əlavə vasitəsilə QR biletlərin satışı təşkil olunacaqdır və bu da müştərilərə sadəcə mobil əlavədən istifadə etməklə ödənişləri həyata keçirməyə imkan verəcəkdir. Bu mərhələdə görüləcək işlərdən biri də kartın eyniləşdirilməsi ilə bağlıdır. Belə ki, kart sahibi mobil tətbiqə şəxsi məlumatlarını əlavə etməklə kartını eyniləşdirmiş olur və bundan sonra prepaid tipli bu kartları adi ödəniş kartı kimi POS-terminallarda, ATM-lərdə və onlayn alış-veriş zamanı istifadə etmək imkanı əldə edir.

Layihənin tətbiqi ilə əlaqədar Şamaxı rayon İcra Hakimiyyəti bu yeni texnologiyanın ilkin olaraq Şamaxıda reallaşdırılması təşəbbüsü ilə çıxış etmişdir. Bu səbəbdən layihənin ilkin mərhələdə Şamaxı rayonu üzrə tətbiqi nəzərdə tutulmuşdur.

Azər Türk Bank tərəfindən yaxın gələcəkdə ölkənin digər rayon və şəhərlərində avtobuslarda nağdsız ödənişlərin təmassız kartlar vasitəsilə qəbulu istiqamətində işlər görüləcəkdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhaliyə hava ilə bağlı VACİB XƏBƏRDARLIQ
21:19 28.02.2025
Əhaliyə hava ilə bağlı VACİB XƏBƏRDARLIQ
Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək
20:44 28.02.2025
Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək
İngiltərəli futbol hakimi 2026-cı ilin yayına qədər diskvalifikasiya olunub
20:10 28.02.2025
İngiltərəli futbol hakimi 2026-cı ilin yayına qədər diskvalifikasiya olunub
HAMAS İsraillə razılaşmanın növbəti mərhələsinə keçməyə hazırdır
19:55 28.02.2025
HAMAS İsraillə razılaşmanın növbəti mərhələsinə keçməyə hazırdır
“Turkmenistan Airlines” Moskvaya uçuşların dayandırılmasını martın sonuna qədər uzadıb
19:42 28.02.2025
“Turkmenistan Airlines” Moskvaya uçuşların dayandırılmasını martın sonuna qədər uzadıb
"Barselona" İspaniya klubunun qapıçısı ilə maraqlanır
19:31 28.02.2025
"Barselona" İspaniya klubunun qapıçısı ilə maraqlanır
Mask: Vens ABŞ-nin növbəti prezidenti ola bilər
19:18 28.02.2025
Mask: Vens ABŞ-nin növbəti prezidenti ola bilər
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
19:09 28.02.2025
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
18:56 28.02.2025
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
18:46 28.02.2025
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
18:33 28.02.2025
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
18:13 28.02.2025
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
Fazil Qasımova 10 il həbs cəzası istənilib
18:01 28.02.2025
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
17:47 28.02.2025
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
17:33 28.02.2025
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
17:30 28.02.2025
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR