“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on dördüncü cildi çapdan çıxıb

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on dördüncü cildi çapdan çıxıb
SİYASƏT
10:00 16.03.2014
1181

“İlham Əliyev. İnkişaf -məqsədimizdir” çoxcildliyinin on dördüncü cildi çapdan çıxmışdır.

AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, nəşrin bu cildi şeyxülislam hacı Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə açdığı iftar süfrəsi mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi ilə başlayır.Mərasimdə Prezident İlham Əliyev demişdir: “1993-cü ildən başlayaraq Azərbaycan inamla irəliləyib, inkişaf edib, ölkəmizin bütün sahələri inkişafdadır. İlk növbədə, iqtisadi inkişaf göz qabağındadır. Məhz 1990-cı illərin ortalarında başlanmış köklü iqtisadi islahatlar bu gün Azərbaycanın hərtərəfli inkişafına möhkəm zəmin yaratmışdır. Bu əsaslı, möhkəm təməl üzərində bu gün inkişaf etmiş iqtisadiyyat irəliləyir. İqtisadi inkişaf sürətinə görə Azərbaycan bu gün dünyada qabaqcıl ölkədir.Azərbaycanda siyasi proseslər, vətəndaş cəmiyyətinin formalaşması prosesləri də uğurla gedir, ölkədə demokratiyanın inkişafı, qanunun aliliyi təmin olunur. Biz, Azərbaycana indi rəhbərlik edən şəxslər bu böyük məsuliyyəti dərk edirik. Bizə əmanət kimi verilən bu ictimai ab-hava, bu gözəl şərait, milli birlik gərək saxlanılsın. Gərək bu sabitlik möhkəmləndirilsin, asayiş qorunsun. Ona görə biz bu böyük məsuliyyəti dərk edirik. Prezident kimi, mən çalışıram əlimdən gələni edim ki, Azərbaycanın davamlı inkişafı təmin olunsun, ölkədə vətəndaşlar rahat şəraitdə yaşasınlar, sabitlik qorunsun. Hesab edirəm ki, iki il ərzində görülən işlər deməyə əsas verir ki, biz bu yoldan dönməmişik”.Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin oxuculara təqdim olunan on dördüncü cildində Prezident İlham Əliyevin ölkəmizin bütün sahələrdə sürətli inkişafına, insanların sosial həyat şəraitinin yaxşılaşmasına, respublikamızın daha müasir dövlətə çevrilməsinə aid çıxışları, nitqləri, bəyanatları, müsahibələri, məktubları, müraciətləri və s. toplanmışdır.Kitabda Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərindən, İslam Konfransı Təşkilatının 3-cü zirvə toplantısında nitqi, bir sıra dövlət və hökumət başçıları ilə görüşləri zamanı ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi və genişləndirilməsindən bəhs edən materiallar da əksini tapmışdır.Bu cildə, həmçinin Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı muxtar respublikanın sürətli iqtisadi tərəqqisi və yüksəlişinə, sosial və mədəni inkişafına dair çıxış və nitqləri, Naxçıvana gələn İran Prezidenti Mahmud Əhmədinejad ilə görüşləri, dərin məzmunlu söhbətlərin materialları, İran ərazisi ilə Naxçıvana təbii qazın verilməsinə həsr olunmuş təntənəli mərasimdə prezidentlərin çıxışları, mətbuat orqanlarına verdikləri bəyanatları, müsahibələri geniş yer almışdır.Çoxcildliyin növbəti cildi Bakıda, Səbail rayonu ərazisində “İSR Holding” şirkətlər qrupuna daxil olan 4 ulduzlu “Park İNN Azərbaycan” (keçmiş “Azərbaycan”) mehmanxanasının təntənəli açılış mərasimində Prezident İlham Əliyevin nitqi ilə yekunlaşır.Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilmişdir.On dördüncü cildə daxil olan materiallar 2005-ci ilin oktyabrından dekabrınadək olan dövrü əhatə edir.

“Azərnəşr” tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) materiallarından istifadə olunmuşdur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
14:31 27.07.2026
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
14:28 27.07.2026
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI
14:12 27.07.2026
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI