İlham Əliyev müraciət ünvanladı

İlham Əliyev müraciət ünvanladı
SİYASƏT
11:20 16.04.2015
1501
“İslamın daxilindəki maarif işığını görənlər onu hamıya göstərməyi də bacarmalıdırlar”
“Bu gün sürətlə qloballaşan dünyada etnik-dini zəmində baş verən münaqişələr, dini ekstremizm və islamofobiya kimi zərərli təzahürlər, dinin şübhəli siyasi ambisiyalara alət edilməsi cəhdləri, təəssüf ki, acı gerçəklikdir. Buna görə də cəmiyyətdə dinin işıqlı yeri və maarifçilik rolu, beynəlxalq münasibətlər sistemində dinin birləşdirici missiyası, bəşəriyyətin gələcək taleyi naminə sivilizasiyalar və dinlərarası dialoq zərurəti getdikcə xüsusi aktuallıq kəsb edir”.
APA-nın məlumatına görə, bu sözlər Azərbaycan prezidenti İlham Əliyevin “İslam maarifçiliyi və müasir dövr” Beynəlxalq Bakı konfransının iştirakçılarına ünvanladığı məktubdandır.
Dövlət başçısı məktubunda bildirib ki, dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilməkdə olan Azərbaycanda islam maarifçiliyi və müasir dövr kimi mühüm bir mövzu ətrafında tanınmış dini liderlərin, hökumət və dövlət rəsmilərinin, görkəmli alimlərin, din mütəxəssislərinin, nüfuzlu beyin mərkəzləri təmsilçilərinin bir araya gəlməsini son dərəcə təqdirəlayiq hal hesab edir: “İslamın daxilindəki maarif işığını görənlər onu hamıya göstərməyi də bacarmalıdırlar. Bu baxımdan, keçirilən konfransın elmi tərəfi ilə yanaşı, həm də böyük ictimai əhəmiyyəti var.
Tarixən müxtəlif dinlərin dinc və azad şəklidə yaşayıb formalaşdığı ölkəmizdə bu gün sistemli və harmonik din siyasəti həyata keçirilir. Belə harmoniyaya nail olmağımız Azərbaycanın beynəlxalq nüfuzunu artırır və sizin mötəbər konfransınızın məhz Bakıda keçirilməsi bunu bir daha sübut edir.
Əminəm ki, bugünkü beynəlxalq toplantınızda din və cəmiyyət mövzusunda bir sıra qlobal problemlər və Azərbaycanın dövlət-din münasibətləri sahəsində nümunəvi təcrübəsi ilə bağlı ciddi müzakirələr aparılacaq, gəldiyiniz nəticələr dinlərarası əməkdaşlığın inkişafına, mütərəqqi dini maarifçiliyə, etnik-dini dözümlülük, həmrəylik və sülh işinə öz layiqli töhfəsini verəcək.
Bu xeyirxah və nəcib işdə hər birinizə cansağlığı, konfransınıza uğurlar arzulayıram”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
13:09 02.08.2026
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
Sabah hava necə olacaq?
12:55 02.08.2026
Sabah hava necə olacaq?
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu -  VIDEO - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - VIDEO - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
11:55 02.08.2026
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
11:49 02.08.2026
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
11:42 02.08.2026
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
Paşinyan istefa verdi
11:23 02.08.2026
Paşinyan istefa verdi
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
11:03 02.08.2026
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
11:01 02.08.2026
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR