İlqar Məmmədov dairəsini niyə açıqlamır?

İlqar Məmmədov dairəsini niyə açıqlamır?
SİYASƏT
16:04 29.12.2019
4595

Taleh Şahsuvarlı: "İlqar Məmmədov qarğı at çapır”!

 

"Əziz dostlar, 2009-cu ilin yanvar ayında təsis olunan, ötən 10 ildən çox müddətdə ortabab bir partiyaya çevrilə, üstəlik, təsisçilər komandasını belə qoruyub saxlaya bilməyən "Real" adlı dərnəyin sədri İlqar Məmmədov bu günlərdə Azərbaycan prezidenti İlham Əliyevə xitabən hətərən-pətərən danışdı. Gözləyirdim ki, bu qeyri-ciddi siyasətçinin cavabını hakimiyyətin dəstəyini qazanaraq artıq 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərinə qatılmış "təzə" namizədlər versinlər, ancaq heç birinin cınqırı çıxmadı. Ancaq onun belə yekə-yekə danışmağı prezident İlham Əliyevin prinsipial tərəfdarlarından biri olaraq mənim tərəfimdən cavabsız buraxıla bilməz”.

 

Bu barədə AzNews.az analitik-informasiya portalının Baş redaktoru, sosioloq Taleh Şahsuvarlı öz Facebook profilində yazıb. O, "Real” Partiyasının sədri İlqar Məmmədovu seçki kampaniyasında "qarğı at” çapmaqda ittiham edib və Azərbaycanda mövcud olan 125 seçki dairəsinin hər birində ona qalib gələ biləcəyini vurğulaylb. Taleh Şahsuvarlı yazıb:

 

"Əvvəla, bu adamın dedikləri absurddur, cəfəngiyyatdır. Niyə?

 

Bəli, YAP-ın rəsmi siyahısından namizədliyi irəli sürülmüş şəxslərin heç də hamısı deputat seçilməyəcək.

 

Bəli, Milli Məclisdə təmsil olunmuş və namizədliyi irəli sürülmüş istər YAP üzvlərinin, istərsə də bitərəflərin heç də hamısı seçkilərdə qalib gəlməyəcək.

 

Ancaq seçki elə bir prosesdir ki, burada namizəd gizləmək mümkün deyil. Çünki namizədlər qeydə alınmalı, təşviqat aparmalıdırlar, adları səsvermə büllüteninə yazılmalıdırlar. Məsələn, ucqar rayonların birindən mənim şəxsən tanıdığım və qalib gələcəyinə əmin olduğum bir namizəd seçkiyə qatılıb. Bitərəfdir və namizədliyi barədə mediada məlumat yoxdur. Təşviqat kampaniyası başlayanda mənim də şəxsən dəstək verəcəyim şəkildə möhtəşəm bir propoqanda apacaq, bu işləri bilən, yüksək təcrübəyə malik adamdır. İndi nə edir? Qapı-qapı imza toplayır. Əgər imza toplayan və rəqabət qabiliyyəti yüksək olan bu cür namizədlərdən xəbər tuta bilmirsə, bu o deməkdir ki, İlqar Məmmədovun yerlərdə dayaqları yoxdur, təşkilatı zaydır, seçkilərdə qarğı at çapır...

 

Nəhayət, Azərbaycanda 125 dairə var. İlqar Məmmədov o dairələrin hansından istəyirsə, namizədliyini versin, tam səmimiyyətlə deyirəm, həmin seçki bölgəsində heç bir administrativ dəstəyə arxalanmadan, ən ədalətli seçki şərtlərinə uyğun şəkildə onunla yarışmağa, qalib gəlməyə, xalqın dilindən və ruhundan uzaq bu "5-ci kolon" nümayəndəsini qutuya gömməyə hazıram. Haydı, İlqar Məmmədov, açıqla dairəni!” 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
13:09 13.10.2026
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
Bu şəxslərin iş rejimi dəyişir
12:58 13.10.2026
Bu şəxslərin iş rejimi dəyişir
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
12:56 13.10.2026
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
12:54 13.10.2026
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
12:52 13.10.2026
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
12:37 13.10.2026
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
Metro gücləndirilmiş rejimdə çalışacaq
12:36 13.10.2026
Metro gücləndirilmiş rejimdə çalışacaq
Məşhur astroloqdan həftəlik bürc proqnozu: Bu fürsətləri qaçırmayın!
12:35 13.10.2026
Məşhur astroloqdan həftəlik bürc proqnozu: Bu fürsətləri qaçırmayın!
"Dövlətin qayda-qanunlarına riayət olunmalıdır" - Elxan Şahinoğlu
12:30 13.10.2026
"Dövlətin qayda-qanunlarına riayət olunmalıdır" - Elxan Şahinoğlu
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib
12:23 13.10.2026
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib
Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
12:20 13.10.2026
Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
Dövlət başçısı: Laos Azərbaycan üçün dost ölkədir
12:11 13.10.2026
Dövlət başçısı: Laos Azərbaycan üçün dost ölkədir
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - VİDEO
12:00 13.10.2026
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - VİDEO
Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı - Əri saxlanıldı
11:48 13.10.2026
Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı - Əri saxlanıldı
 İlham Əliyev: Bizi Laosla mina problemi də birləşdirir
11:39 13.10.2026
İlham Əliyev: Bizi Laosla mina problemi də birləşdirir
"Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz buna baxa bilərik"
11:38 13.10.2026
"Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz buna baxa bilərik"