Çində "Sinopharm" vaksininin 17 yaşadək uşaqlara vurulmasına razılıq verildi

SAĞLAMLIQ
17:57 17.07.2021
1207
Çin hökuməti "Sinopharm" əczaçılıq şirkətinin koronavirusa qarşı vaksinin 3 yaşdan 17 yaşadək uşaqlara vurulmasına razılıq verib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, vaksinin həmin yaş qrupundan olan uşaqlar üzərində sınaqlarının birinci və ikinci mərhələləsi başa çatıb.

Sınaqlar zamanı vaksin tam təhlükəsizlik nümayiş etdirib. Sınaqlarda 3-17 yaş arası 900 nəfər iştirak edib. Vaksinin ciddi yan təsirləri qeydə alınmayıb.

Qeyd edək ki, Çində iyunun əvvəlində 3 yaşından böyük uşaqlar üçün "Sinovac" vaksininin istifadəsinə icazə verilmişdi.

OXŞAR XƏBƏRLƏR