İstanbulda “Xocalıya ədalət” həftəsi keçiriləcək

İstanbulda “Xocalıya ədalət” həftəsi keçiriləcək
GƏNCLİK
02:26 16.02.2014
1776

“İslahatçı Gənclər” İctimai Birliyi İstanbul Türk Ocağı Gənclik Qolları ilə birgə Türkiyənin İstanbul şəhərində 20-26 fevral tarixlərində Xocalı soyqrımının 22-ci ildönümünə həsr olunmuş “Xocalıya Ədalət” həftəsi keçirəcək. 

Bu barədə AZXEBER.COM-a məlumat verən birliyin sədri Fərid Şahbazlı qeyd edib ki, artıq ikinci ildir ki, “İslahatçı Gənclər” İstanbul Türk Ocağı Gənclik Qolları ilə birgə Türkiyə ictimaiyyətinin diqqətini Xocalı faciəsinə yönəltmək üçün tədbirlər silsiləli həyata keçirir: “Bu həftəlik çərçivəsində müxtəlif konfrans salonları və univesitetlərdə Türkiyənin tanınmış ictimai-siyasi xadimlərinin, elm adamlarının, fəal gənclərinin, eyni zamanda Azərbaycandan gələn qonaqların iştirakı ilə Xocalı dəhşətlərindən bəhs edən çoxsaylı müzakirələr, panellər və görüşlər baş tutacaq. Bununla yanaşı, Türkiyə mediasının diqqətini Xocalı soyqrımı və onun acı nəticələrinə daha çox yönəltmək KİV-lərdə çoxsaylı çıxışlar nəzərdə tutulub. Yaxın günlərdə isə “Xocalıya Ədalət” həftəsi ilə bağlı təbliğat xarakterli elanlar İstanbulun bütün mərkəzi ünvanlarında yerləşdiriləcək. Həftəlik çərçivəsində təbliğat xarakterli bir sıra digər mühüm addımların da atılması nəzərdə tutulub. Biz Türkiyədəki tərəfdaşlarımızla birgə qardaş ölkə ictimaiyyətinin diqqətini bir insanlıq cinayəti olan Xocalı soyqrımı və Dağlıq Qarabağın ermənilər tərəfindən işğalına yönəltmək üçün əlimizdən gələni edəcəyik”.

Fərid Şahbazlı eyni zamanda qeyd edib ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində “Xocalıya Ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər 22 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdikləri soyqrım siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında müstəsna rol oynayıb: “Düşünürəm ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Xocalı dəhşətlərinin yaşadıqları ölkənin ictimaiyyətinə çatdırılması üçün bacardığını əsirgəməməlidir”.

Qeyd edək ki, İstanbulda baş tutacaq “Xocalıya Ədalət” həftəsində Azərbaycandan Milli Elmlər Akademiyasının şöbə müdiri, tarixçi-alim Qasım Hacıyev, respublikanın Əməkdar artisti Aybəniz Haşımova və digər şəxslər iştirak edəcəklər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər