Kəmaləddin Heydərov məktəbin açılışında iştirak etdi

Kəmaləddin Heydərov məktəbin açılışında iştirak etdi
Bütün Xəbərlər
14:35 16.04.2013
1385
Qax rayonun Ləkid kəndində ötən ilin may ayında baş verən zəlzələdən sonra qəzalı vəziyyətə düşən orta məktəbin açılışı olub.APA-nın xəbərinə görə, açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da iştirak edib.Məktəb binası zəlzələdən sonra qəzalı vəziyyətə düşdüyü üçün sökülərək yenidən tikilib. 420 şagird yerlik orta məktəb binasının açılışında çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev deyib ki, zəlzələ baş verəndən bəri Qax camaatı daim dövlət qayğısını öz üzərində hiss edib. Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal tikinti işlərinə başlanıb və rayonda qısa zamanda xeyli sayda yaşayış evi və orta məktəb binaları tikilərək təhvil verilib.Qeyd olunub ki, ötən ilin may ayında baş verən zəlzələ nəticəsində Qax rayonunda olan 56 məktəbdən 11-i qəzalı vəziyyətə düşüb. Onlardan 10-u artıq tikilib təhvil verilib. Qalan 1 məktəbdə aparılan tikinti yekunlaşmaz üzrədir.Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ötən il may ayında baş verən zəlzələdən sonra prezident İlham Əliyevin şimal-qərb bölgəsinə səfər etdiyini, zəlzələnin fəsadların dərhal aradan qaldırılması üçün zəruri tapşırıq və göstərişlər verdiyini xatırladıb. Zəlzələnin təbiət hadisəsi olduğunu qeyd edən nazir fəlakətin törətdiyi fəsadların aradan qaldırılmasında dövlət qurumları ilə birgə yerli camaatın da böyük əzmkarlıq nümayiş etdirdiyini deyib.Nazir çıxışında orta məktəbdə təhsil alacaq şagirdlərə uğurlar arzulayıb.Qeyd edək ki, bu il aprelin 1-nə olan statistikaya görə, Azərbaycanın zəlzələ baş vermiş şimal-qərb bölgəsindəki üç rayonda 3177 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb, 1915 evin isə tikintisi davam etdirilir.Bu günə qədər 26 məktəb binası, 1 uşaq bağçası istifadəyə verilib. Qısa müddətdə Zaqatalada daha 8, Qaxda 1, Şəki şəhərində 1 məktəb binasının tikilib istifadəyə verilməsi planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 27.07.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
06:54 27.07.2026
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi