Kolleclərə qəbulda bu ixtisas ləğv edildi — Səbəb

Kolleclərə qəbulda bu ixtisas ləğv edildi — Səbəb
SOSİAL
00:19 09.05.2026
1014
Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə plan yeri ayrılmayıb. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, növbəti tədris ilindən etibarən 9 və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrində fiziki tərbiyə istiqaməti üzrə kadr hazırlığı aparılmayacaq. 

AZXEBER.COM xəbər verir ki, bu barədə təhsil eksperti Ramin Nurəliyev 
Demokrat.az-a açıqlama verib.

O deyib ki,  son qərarla bağlı yanaşma, ümumilikdə təhsil sistemində ixtisaslaşmanın daha səmərəli və məqsədyönlü şəkildə aparılması baxımından diqqətəlayiqdir:

"Dövlət İmtahan Mərkəzinin Nazirlər Kabinetinin qərarına uyğun olaraq 9 və 11 illik təhsil bazasından kolleclərə fiziki tərbiyə müəllimliyi üzrə plan yerlərinin ayrılmaması, sistemdə uzun müddətdir müşahidə olunan bir sıra problemlərin aradan qaldırılması istiqamətində atılmış addım kimi qiymətləndirilir. Mövcud vəziyyət göstərirdi ki, orta ixtisas təhsili müəssisələrində bu ixtisas üzrə oxuyan tələbələrin bir qismi subbakalavr dərəcəsi alsalar da, ali təhsil müəssisələrinə keçid imkanları kifayət qədər məhdud idi. Xüsusilə 5-ci ixtisas qrupunda rəqabətin yüksək olması səbəbindən bu kateqoriyadan olan məzunlar çox vaxt müsabiqədə üstünlük qazana bilmirdilər. Nəticədə, bir qisim tələbə iki illik təhsildən sonra əmək bazarında və ya təhsil davamlılığında gözlənilən nəticəni əldə edə bilmirdi. Bu baxımdan qəbul edilən qərar, təhsil pillələri arasında daha aydın və funksional keçid mexanizminin formalaşdırılması kimi dəyərləndirilə bilər. Eyni yanaşma əvvəllər ibtidai sinif müəllimliyi ixtisasında da tətbiq olunmuşdu. Həmin ixtisas üzrə kolleclərdə hazırlıq dayandırılmış, səbəb kimi isə subbakalavr məzunlarının ali təhsilə keçid imkanlarının məhdudluğu göstərilmişdi. Bu da sistemin daha rasional şəkildə yenilənməsi tendensiyasının davamı kimi görünür. Ümumilikdə pedaqoji ixtisasların yalnız ali təhsil pilləsində tədrisi ideyası, müəllim peşəsinin sosial və peşəkar məsuliyyətinə uyğun yanaşma kimi qiymətləndirilir. Çünki müəllimlik yalnız bilik ötürmək deyil, həm də şəxsiyyət formalaşdırmaq funksiyası daşıyır. Bu səbəbdən bu sahədə təhsil alan şəxslərin daha dərin akademik hazırlıqdan keçməsi vacib sayılır”.

O bildirib ki, beynəlxalq təcrübəyə baxıldıqda da, xüsusilə Sinqapur kimi yüksək təhsil göstəricilərinə malik ölkələrdə müəllimlik ixtisaslarına qəbul zamanı yüksək bal və ciddi seçim meyarları tətbiq olunur:

"Bu model göstərir ki, müəllimlik peşəsinin prestijinin artırılması birbaşa təhsilin keyfiyyətinə təsir edir. Digər tərəfdən, pedaqoji ixtisaslara qəbul ballarının aşağı olması məsələsi də müzakirə mövzusudur. Bu hal bəzi hallarda ixtisasa marağın keyfiyyət deyil, kəmiyyət üzərindən formalaşmasına səbəb ola bilir. Nəticədə isə təhsil sisteminə daxil olan kadrların hazırlıq səviyyəsində fərqliliklər yaranır. Son illərdə həyata keçirilən islahatlar ikinci ali təhsildə pedaqoji ixtisasların ləğvi, qiyabi təhsil formasının dayandırılması və kolleclərdə bəzi pedaqoji ixtisasların bağlanması ümumilikdə bu sahədə keyfiyyətin artırılması istiqamətində atılan addımlar kimi qiymətləndirilir. Bu dəyişikliklər pedaqoji kadr hazırlığında daha sistemli və vahid standartların tətbiqinə şərait yaradır. Nəticə etibarilə, pedaqoji ixtisasların yalnız ali təhsil müəssisələrində cəmləşdirilməsi və qəbul meyarlarının daha da sərtləşdirilməsi təhsilin keyfiyyətinə müsbət təsir göstərə biləcək bir yanaşma kimi görünür. Bu, gələcəkdə müəllimlərin peşə hazırlığının yüksəlməsinə və təhsil sisteminin ümumi səviyyəsinin daha da güclənməsinə xidmət edə bilər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də təyyarə mobil evlər parkına çırpılıb, ölənlər və yaralılar var - VİDEO
01:58 02.11.2026
ABŞ-də təyyarə mobil evlər parkına çırpılıb, ölənlər və yaralılar var - VİDEO
ABŞ-də təyyarə qəzasında ölənlərin sayı açıqlandı
01:53 02.11.2026
ABŞ-də təyyarə qəzasında ölənlərin sayı açıqlandı
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
01:48 02.11.2026
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
81 yaşlı Donald Trampın uşaqları necə görünür və nə edirlər
01:43 02.11.2026
81 yaşlı Donald Trampın uşaqları necə görünür və nə edirlər
İran XİN onları terrorçu kimi tanıyıb
01:38 02.11.2026
İran XİN onları terrorçu kimi tanıyıb
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:33 02.11.2026
Bakının bir sıra ərazisində işıqlar sönəcək
IRNA: ABŞ və İsrailin İrana hücumlarına dair sübutlar IMO-ya təqdim edilib
01:28 02.11.2026
IRNA: ABŞ və İsrailin İrana hücumlarına dair sübutlar IMO-ya təqdim edilib
Ukraynadan Rusiyaya qarşı yeni taktika: Hava şarları ilə dronlar buraxılır
01:23 02.11.2026
Ukraynadan Rusiyaya qarşı yeni taktika: Hava şarları ilə dronlar buraxılır
Ebola virusu yayılan ölkələrin sayı artır
01:18 02.11.2026
Ebola virusu yayılan ölkələrin sayı artır
SEPAH: Hörmüz boğazında iki neft tankerində partlayış olub
01:13 02.11.2026
SEPAH: Hörmüz boğazında iki neft tankerində partlayış olub
Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? - Video
01:03 02.11.2026
Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? - Video
Rəsmi Tehran: ABŞ ilə mümkün yeni müharibə əvvəlkindən daha uzun çəkə bilər
00:58 02.11.2026
Rəsmi Tehran: ABŞ ilə mümkün yeni müharibə əvvəlkindən daha uzun çəkə bilər
Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir?
00:53 02.11.2026
Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir?
Dallasda atışmalar nəticəsində ölən və yaralananları sayı açıqlandı
00:48 02.11.2026
Dallasda atışmalar nəticəsində ölən və yaralananları sayı açıqlandı
Hörmüz boğazındakı sualtı kabellərə hücum Azərbaycana necə təsir edəcək? - Video
00:43 02.11.2026
Hörmüz boğazındakı sualtı kabellərə hücum Azərbaycana necə təsir edəcək? - Video
İcbari tibbi sığorta paketinə yeni dərmanlar daxil edilir - VİDEO
00:38 02.11.2026
İcbari tibbi sığorta paketinə yeni dərmanlar daxil edilir - VİDEO