Kontakt Home Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək oldu

İQTİSADİYYAT
15:33 21.03.2020
4022

Cəmiyyətimiz qarşısındakı sosial öhdəliyini hər zaman dərk edən, onun ictimai-sosial rifahının yüksəldilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirən Kontakt Home bu dəfə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə ölkə başçısının 19 mart tarixli sərəncamı əsasında yaradılmış "Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 50 min manat vəsait ayırıb.

Ayrılan vəsait qlobal infeksiyanın Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində aparılacaq mübarizə tədbirlərinin həyata keçirilməsinə xərclənəcək.

"Ölkə vətəndaşlarının sağlam və təhlükəsiz şəraitdə yaşamasının təmini dövlətimizin əsas prinsiplərindəndir.

Bu prinsiplərin qorunması təkcə hökümətin deyil, eyni zamanda özəl sektor nümayəndələri kimi bizim də öhdəliyimizdir. Biz bunu şirkətimizin Korporativ Sosial Məsuliyyətinin ayrılmaz parçası kimi görürük.

Bütün sahibkarları da pandemiya ilə mübarizədə "Koronavirusla Mübarizəyə Dəstək Fondu”na dəstək olmağa çağırırıq” deyə Kontakt Home-un İctimaiyyətlə Əlaqələr üzrə meneceri Vəfa Rüstəmova bildirib.

Qeyd edək ki, Kontakt Home pandemiyaya yoluxma hallarının qarşısının alınması, müştərilərinin və əməkdaşlarının sağlamlığının təmin olunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatları əsasında bütün təhlükəsizlik tədbirlərinə riayət edir, bu istiqamətdə maarifləndirmə işlərini davam etdirir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:40 01.06.2020

Gəncədə gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlandı

12:32 01.06.2020

Azərbaycan Prezidenti ilə Asiya İnkişaf Bankının rəhbərləri arasında videokonfrans keçirilib

12:17 01.06.2020

Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi - BDU-nun sabiq rektorunun oğlu idi

11:58 01.06.2020

Məleykə Abbaszadə: "Çalışırıq ki, imtahanlarda rayonlararası gediş-gəliş azalsın"

11:52 01.06.2020

Naqif Həmzəyev: Dünyanın hər yerində uşaqlar xoşbəxt və bəxtəvər böyüsünlər

11:30 01.06.2020

Azərbaycanda yenilik: Bu şəxslərə COVID-19-a görə 525 dollar veriləcək

11:26 01.06.2020

DİM sədri: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”

11:25 01.06.2020

DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ

11:19 01.06.2020

Bank Respublika Uşaqların Müdafiəsi Günündə Aprel şəhidlərinin övladlarını təbrik etməyi unutmayıb - FOTOLAR

11:12 01.06.2020

“Yoruldum”, “gücüm çatmır” deyirsinizsə, mütləq oxuyun!

11:04 01.06.2020

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı maraqlı - VİDEO

10:58 01.06.2020

Kapital Bank yenilənən Ağdam filialını istifadəyə verdi

10:51 01.06.2020

Anası ilə bacısını öldürəndən sonra Toğrul evdən qaçıb - Rəsmi açıqlama

10:41 01.06.2020

Bakıda iki yaşlı qız faciəvi şəkildə öldü

10:33 01.06.2020

DYP-nin "Ekologiya postu" sökülür

10:20 01.06.2020

Koronavirusa görə həkimlərə 13,1 milyon manat əlavə ödəniş edilib