Katarakt

Koronavirusdan sağalan şəxsə “qara kif” diaqnozu qoyuldu: Xəstə sol gözünü itirdi

SAĞLAMLIQ
15:15 04.06.2021
356
Meksikanın paytaxtı Mexiko şəhərində həkimlər COVID-19 virusuna yoluxaraq sağalan 34 yaşlı şəkərli diabet xəstəsinə "qara kif” diaqnozu qoyublar. 

Bu barədə yerli "Milenio” nəşri məlumat yayıb.

Belə ki, Qreqorio Avendanyo adlı şəxs may ayının əvvəlində koronavirusa yoluxub. Evdə müalicə alan xəstə bir müddət sonra sağalaraq normal həyata dönüb.

Lakin 26 mayda Qreqorio Avendanyonun halı qəfil pisləşib və üç gün sonra üz sinir iflici ilə xəstəxanaya aparılıb. Bir neçə gündən sonra xəstə nitqini də itirib.  

Xəstənin qohumları bildirib ki, hazırda həkimlər onun sol gözünü əməliyyat edərək çıxaracaqlar. Hətta infeksiyanın beyinə yayılma ehtimalı da var.

OXŞAR XƏBƏRLƏR