'Leyli və Məcnun'u ingilis dilində tərcümə edildi - FOTOLAR

MƏDƏNİYYƏT
10:54 22.05.2013
2239
Azərbaycan Dillər Universitetində ADU-nun İnformasiya Resurs Kompleksi və BMT-nin Bakıdakı nümayəndəliyinin birgə təşkil etdiyi “21 May-Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycandakı müxtəlif Avropa və Asiya ölkələrinin səfirləri və səfirliklərin nümayəndələri, Bakının digər ali məktəbləri - Azərbaycan Diplomatiya Akademiyası (ADA) və Bakı Slavyan Universitetindən (BSU) qonaqlar iştirak ediblər.Tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov çıxışında bu günün tarixi əhəmiyyətindən söz açıb və eyni zamanda ölkədəki mədəni müxtəlifliyin mövcudluğunun beynəlxalq əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb və gənclərin hər bir dövlətin mədəniyyəti ilə yaxından tanış olduqlarını söyləyib. Rektor bu istiqamətdə ADU-da bir çox mədəniyyət mərkəzilərinin uğurlu fəaliyyətlərindən danışıb. Səməd Seyidov bildirib ki, ADU mədəni müxtəlifliyi özündə birləşdirən bir mərkəzdir. Rəhbərlik etdiyi universitetin fəaliyyətindən danışan Səməd Seyidov bildirib ki, Dillər Universitetində hələ fəaliyyətinin başlanğıc mərhələsində ancaq ingilis, fransız və alman dillərinin tədris olunduğu halda, indiki dövrdə 15-ə yaxın ölkənin dilləri tələbələrə öyrədilir.Daha sonra BMT-nin Azərbaycandakı rezident Əlaqələndiricisi Antonius Bruk çıxış edərək bu günün tarixindən və vacibliyindən danışıb. O bildirib ki, mədəni müxtəliflik əməkdaşlığı daha da gücləndirir və mövcud olan stereotiplərin aradan qaldırılmasında kömək edir. O, BMT-nin bu yöndə gördüyü işlərdən, keçirilən bir sıra tədbirlərdən söz açıb.Sonra tələbələrin ifasında V. Şekspirin əsərlərindən ibarət monoloqlar nümayiş olunub.ADU-da fəaliyyət göstərən norveçli müəllim Roqnhild Torinin ingilis dilinə tərcümə etdiyi Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının qısa təqdimat mərasimi keçirilib.Daha sonra 169 saylı orta məktəbin şagirdləri “Leyli və Məcnun” poemasından ingilis dilində səhnəciklər göstəriblər.Tədbirin ikinci hissəsi isə universitetin həyətində mini festival şəklində keçirilib. Festivalda 20-ə yaxın ölkənin mədəniyyyətlərini əks etdirən guşələr (bayraqlar, atributlar, suvenirlər) göstərilib, müxtəlif ölkələrin rəqsləri, mahnıları nümayiş olunub.Qeyd edək ki, “21 may - Dialoq və İnkişaf naminə ümumdünya mədəni müxtəliflik günü” BMT Baş Assambleyasının 2003-cü ilin fevralın 20-də qəbul edilən qətnaməsindən sonra hər il qeyd olunur.1
2
3
4
5
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
20:42 18.04.2026
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
20:21 18.04.2026
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
20:11 18.04.2026
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
Yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə
19:52 18.04.2026
Yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə
Paytaxtda 100 minə yaxın bina söküləcək
19:36 18.04.2026
Paytaxtda 100 minə yaxın bina söküləcək
“Qarabağ” “Sabah”a qarşı - Start heyətlər
19:22 18.04.2026
“Qarabağ” “Sabah”a qarşı - Start heyətlər