Ölkə mediası və QHT-lər "Bakı 2015"-in ətrafında birləşdi - KOALİSİYA

Ölkə mediası və QHT-lər "Bakı 2015"-in ətrafında birləşdi - KOALİSİYA
SİYASƏT
14:46 22.04.2015
1444
Azərbaycanda "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyətii Koalisiyası
yaradılıb.
Koalisiyanın yaradılması bu gün Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və "Bakı xəbər" qəzetinin təşkilatçılığı ilə "Bakı-2015: Birinci Avropa Oyunlarına dəstək" mövzusunda keçirilən tədbirdə elan edilib.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəti Rufiz Qonaqov bildirib ki, Azərbaycan üçün əlamətdar olan bu oyunların keçirilməsinə hazırlıq tədbirləri yüksək səviyyədə həyata keçirilir: "Birinci Avropa Oyunları Təşkilat Komitəsinin gərgin əməyi sayəsində nəzərdə tutulmuş bütün işlər yüksək səviyyədə yerinə yetirilir. Təəssüf ki, ölkəmizin qazandığı uğurları gözü götürməyən, onun nüfuzunun artmasından narahat olan bəzi daxili və xarici qüvvələr Azərbaycana qarşı məqsədyönlü və qərəzli kampaniya təşkil etməklə Avropa Oyunlarının əhəmiyyətini azaltmağa çalışırlar. Bunları, eyni zamanda Avropa Oyunlarının ölkəmiz və Avropa ailəsi üçün sosial və mədəni əhəmiyyətini nəzərə alaraq, aparıcı qeyri-hökumət təşkilatları və media orqanları Bakıda Avropa Oyunlarının keçirilməsinə dəstək məqsədilə "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasında birləşirik".
R.Qonaqov deyib ki, koalisiyanın əsas məqsədi Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə ictimai dəstəyi təmin etməkdir: "Bu məqsədlə tarixdə ilk dəfə keçirilən belə bir idman tədbirinin miqyası, əhəmiyyəti və perspektivləri barədə ölkə daxilində obyektiv məlumatlandırma işlərinin aparılması nəzərdə tutulur. Koalisiya Avropa ölkələrində Azərbaycan idmanının inkişafı, müasir infrastrukturun yaradılması, habelə xalqımızın zəngin mədəni irsi, adət-ənənələri, tolerant və humanist xüsusiyyətləri, sosial-iqtisadi inkişafi və demokratik dövlət quruculuğu sahəsindəki uğurları barədə dolğun təsəvvürün yaranması üçün tədbirlər görəcək".
“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə deyib ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycan rəhbərinin siyasi iradəsinin nəticəsidir. Onun sözlərinə görə, bu oyunun Bakıda keçirilməsi barədə qərar verilərkən xalqımızın tolerantlığı, qonaqpərvərliyi də nəzərə alınıb. Lakin bəzi qüvvələrin Avropa Oyunlarının Bakıda keçirilməsinə qarşı çıxmasına təəssüflənən A.Quliyev ona qarşı mübarizədə mətbuatın da rolunu yüksək dəyərləndirib. Baş redaktor deyib ki, mətbuat əvvəllər olduğu kimi bundan sonra da Azərbaycana qarşı "qarayaxma kampaniyası"na tutarlı cavab verəcək və birgə mübarizəsini davam etdirəcək.
A.Quliyev bildirib ki, koalisiya Avropa Oyunlarının yaratdığı fürsətdən istifadə edərək Azərbaycanın milli problemləri, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması, Xocalı soyqırımı haqqında faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində də addımlar atacaq.
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov qeyd edib ki, Azərbaycanın vətəndaş cəmiyyəti bu "qara piar" kampaniyasına qarşı cıxmalı və Oyunlara dəstək göstərməlidir. Bu baxımdan koalisiyanın yaradılmasını müsbət hal sayan R.Becanovun sözlərinə görə, ölkədə "Avropa Oyunları həftəliyi" keçirilməli, mətbuat bu mövzunu geniş işıqlandırmalıdır.
Birlik sədri əlavə edib ki, Oyunların keçirilməsi üçün tələb olunan məbləğ həddindən artıq şişirdilir, yazılan məlumatlara görə, bu oyunların keçirilməsinə guya milyard manatlarla vəsait xərclənib.
Oyunlarla bağlı Azərbaycana qarşı "qarayaxma kampaniyası" aparan beynəlxalq təşkilatların ölkəmizə qarşı həmişə ikili standartlar yürütdüynü söyləyən R.Becanovun sözlərinə görə, koalisiya öz fəaliyyətini dövlət qurumları, Avropa Oyunlarının Təşkilat Komitəsi, ictimaiyyət nümayəndələri, media, gənclər və digər sosial institutlarla əlaqəli şəkildə həyata keçirəcək. Koalisiya qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlmək üçün bütün imkanlarını səfərbər edəcək.
Tədbirdə millət vəkilləri, vətəndaş cəmiyyəti və media nümayəndələri çıxış edərək I Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyəti barədə danışıb və yaradılan koalisiyanın iində yaxından iştirak edəcəklərini bildiriblər.
Qeyd edək ki, tədbirin sonunda koalisiya bəyanat yayıb. Bəyanatda Azərbaycana qarşı "qara piar" pislənilib, ölkədə fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatları və media qurumları koalisiya ilə əməkdaşlığa dəvət edilib, bu möhtəsəm tədbirin layiqincə keçirilməsi üçün qüvvə və bacarıqlarını əsirgəməməyə cağırılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
13:09 02.08.2026
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
Sabah hava necə olacaq?
12:55 02.08.2026
Sabah hava necə olacaq?
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu -  VIDEO - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - VIDEO - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu - VIDEO
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu - VIDEO
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
11:55 02.08.2026
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
11:49 02.08.2026
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
11:42 02.08.2026
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
Paşinyan istefa verdi
11:23 02.08.2026
Paşinyan istefa verdi
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
11:03 02.08.2026
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
11:01 02.08.2026
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR