Ülvü Qənizadə: “İlk qızıl medalı qazanmaq çox gözəl hissdir”

Ülvü Qənizadə: “İlk qızıl medalı qazanmaq çox gözəl hissdir”
İDMAN
19:37 24.04.2023
364
"Avropa çempionu olmaq, ilk qızıl medalı qazanmaq çox gözəl hissdir”.

Bunu "Report”a açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Ülvü Qənizadə (72 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olması ilə bağlı danışarkən deyib.

24 yaşlı idmançı karyerasında əldə etdiyi ilk qızıl medalın sevincini yaşadığını söyləyib. Qənizadə çempionluqların sayını artırmaq barədə düşündüyünü vurğulayıb:

"Bundan sonra qatılacağım bütün yarışlarda məqsədim qızıl medal qazanmaq olacaq. Bunun üçün də bütün gücümlə çalışacağam”.

O, qitə birinciliyində 2 qızıl, 3 gümüş, 1 bürünc medal əldə edən yunan-Roma güləşi üzrə Azərbaycan millisinin çıxışını yüksək qiymətləndirib:

"Komanda yoldaşlarım çox yaxşı güləşdilər. Vətənə 6 medalla qayıdacağıq. Bunu uğurlu nəticə hesab edirəm. Əlbəttə, daha yaxşısını etmək olardı. Xüsusən də, Eldəniz Əzizli zədələnməsəydi, finalda qalib gələcəkdi”.

Ülvü Qənizadə əlavə edib ki, növbəti hədəfi dünya çempionluğudur:

"Ötən il mundialda gümüş medal qazanmışdım. Ümid edirəm ki, bu dəfə qızıl medal əldə edəcəyəm”.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində Ülvü Qənizadə (72 kq) və Həsrət Cəfərov (67 kq) Xorvatiyada keçirilən Avropa çempionatının qalibi olublar, Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıblar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov üçtərəfli əməkdaşlıq formatından danışdı: Növbəti görüş Gürcüstanda keçiriləcək
19:18 24.11.2026
Ceyhun Bayramov üçtərəfli əməkdaşlıq formatından danışdı: Növbəti görüş Gürcüstanda keçiriləcək
Gürcüstandan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı AÇIQLAMA
19:10 24.11.2026
Gürcüstandan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı AÇIQLAMA
Nazir Ermənistana daşınan yüklərdən danışdı
19:08 24.11.2026
Nazir Ermənistana daşınan yüklərdən danışdı
Maka Boçorişvili Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
19:05 24.11.2026
Maka Boçorişvili Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
Gürcü nazir Ceyhun Bayramovu Gürcüstana dəvət etdi
19:02 24.11.2026
Gürcü nazir Ceyhun Bayramovu Gürcüstana dəvət etdi
Hörmüz boğazında dördüncü neft tankerində partlayış baş verib
18:58 24.11.2026
Hörmüz boğazında dördüncü neft tankerində partlayış baş verib
Gürcü nazir: Bu marşrut 6 illik fasilədən sonra bərpa olundu
18:55 24.11.2026
Gürcü nazir: Bu marşrut 6 illik fasilədən sonra bərpa olundu
Maka Boçorişvili: Azərbaycanla Gürcüstan arasında siyasi dialoq yüksək səviyyədədir
18:50 24.11.2026
Maka Boçorişvili: Azərbaycanla Gürcüstan arasında siyasi dialoq yüksək səviyyədədir
Rusiya-Ukrayna müharibəsi Azərbaycan və Gürcüstanı da narahat edir
18:46 24.11.2026
Rusiya-Ukrayna müharibəsi Azərbaycan və Gürcüstanı da narahat edir
Ukrayna ABŞ Konqresinə hərbi dəstək və sanksiyalarla bağlı müraciət planlaşdırır
18:41 24.11.2026
Ukrayna ABŞ Konqresinə hərbi dəstək və sanksiyalarla bağlı müraciət planlaşdırır
Ceyhun Bayramov Azərbaycan-Gürcüstan münasibətlərindən danışdı
18:40 24.11.2026
Ceyhun Bayramov Azərbaycan-Gürcüstan münasibətlərindən danışdı
Ermənistan və Rumıniya strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıb
18:27 24.11.2026
Ermənistan və Rumıniya strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıb
"Milan" "Real"ın futbolçusu Endrik üçün rəsmi təklif göndərib
18:11 24.11.2026
"Milan" "Real"ın futbolçusu Endrik üçün rəsmi təklif göndərib
18 marşrutun hərəkət sxemi dəyişdi
17:41 24.11.2026
18 marşrutun hərəkət sxemi dəyişdi
ABŞ-də quş qripi can aldı: Ölənlərin sayı 3-ə çatdı
17:39 24.11.2026
ABŞ-də quş qripi can aldı: Ölənlərin sayı 3-ə çatdı
Bir bölgəyə güzəşt, digərlərinə yox? – İqtisadçıdan deputata ETİRAZ
17:20 24.11.2026
Bir bölgəyə güzəşt, digərlərinə yox? – İqtisadçıdan deputata ETİRAZ