Mahirli “Legiya” Çempionlar Liqasının III təsnifat mərhələsində

Mahirli “Legiya” Çempionlar Liqasının III təsnifat mərhələsində
İDMAN
22:49 27.07.2021
1131
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın "Legiya” klubunda növbəti matçına çıxıb.

Onun komandası UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Estoniya "Flora”asının qonağı olub.
 
Futbolçumuzun komandası bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb. İlk oyunda da 2:1 üstün olan Polşa çempionu ÇL-də 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.
 
Mahir bu qarşılaşmaya start heyətində başlayıb. O, 71-ci dəqiqədə əvəzlənib.
OXŞAR XƏBƏRLƏR