“Mançester Yunayted”in baş məşqçisi: “Ferqyusonla növbəti görüşümüzü gözləyirəm”

“Mançester Yunayted”in baş məşqçisi: “Ferqyusonla növbəti görüşümüzü gözləyirəm”
İDMAN
19:06 23.02.2023
353
"Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq klubun əfsanəvi çalışdırıcısı Ser Aleks Ferqyusonla görüşüb.

Onların eyni masa arxasında fotosu sosial şəbəkədə yayılıb. Niderlandlı mütəxəssis şotlandiyalı ilə görüşü barədə açıqlama verib. O, Avropa Liqasında "Barselona” ilə oyunöncəsi mətbuat konfransında deyib:

"Çox məlumatı, təcrübəsi olan insanlarla danışmaqdan həmişə zövq alıram. O, öz təcrübələrini bölüşmək istəyir. Ferqyusonun məqsədi bizim daha yaxşı olmağımızdır. Əla gecə idi. Səbirsizliklə növbəti görüşümüzü gözləyirəm”.

1986-2013-cü illərdə "Mançester Yunayted”i çalışdıran Ser Aleks Ferqyuson "qırmızı şeytanlar”a "Barselona” üzərində qələbə qazandıran sonuncu baş məşqçidir. 2008-ci ildə Çempionlar Liqasının yarımfinalınında "Mançester Yunayted” onun rəhbərliyi altında "Old Trafford”da "Barselona”nı 1:0 məğlub edib. "Mankunyanlar” Kataloniya klubuna qarşı Avropa Liqasının ilk oyununda səfərdə 2:2 hesablı heç-heçəyə razılaşıblar. Bu gün keçiriləcək cavab matçı Bakı vaxtı ilə 00:00-da start götürəcək. İkilinin məhz bu ərəfədə görüşməsi xüsusi marağa səbəb olub.

Ferqyuson əfsanəsi olduğu "Mançester Yunayted”də keçirdiyi 27 ildə ümumilikdə 38 titul əldə edib.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
21:27 18.06.2026
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
21:25 18.06.2026
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
21:15 18.06.2026
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
19:27 18.06.2026
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
19:12 18.06.2026
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
18:59 18.06.2026
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib