Mayın 8-də qısa iş günü olacaq

Mayın 8-də qısa iş günü olacaq
SOSİAL
23:34 07.05.2026
709
Azərbaycanda sabah qısaldılmış iş günü olacaq.

AZXEBER.COM xəbər verir ki, 9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar olaraq, 8 may ölkə üzrə qısaldılmış iş günü hesab ediləcək.

Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır.

Bu səbəbdən dövlət və özəl müəssisələrdə 8 may tarixində iş vaxtı adi günlərlə müqayisədə bir saat daha qısa olacaq.

Qeyd edək ki, 9 May bu il şənbə gününə təsadüf etdiyindən, qanunvericiliyə uyğun olaraq 11 may (bazar ertəsi) də qeyri-iş günü hesab olunacaq.

/ Metbuat.az
OXŞAR XƏBƏRLƏR