xari

"Məcburi köçkünlərin 98%-i yaxın gələcəkdə azad edilmiş rayonlarına qayıtmağı planlaşdırır"

SOSİAL
13:54 08.01.2021
2538
"Məcburi köçkünlərin  98%-i yaxın gələcəkdə azad edilmiş rayonlarına qayıtmağı planlaşdırır".

AZXEBER.COM xəbər verir ki, bu haqda məlumat Sosial Tədqiqatlar Mərkəzinin "Qarabağa qayıdış”-sorğu hesabatında yer alıb. 
 
Sorğunun nəticələrinə əsasən gənc respondentlərin 96%-i işğaldan azad olunan ərazilərə qayıtmağı planlaşdırır.

Respondentlərin böyük əksəriyyəti, yəni 83.2%-i işğaldan azad olunmuş yurd yerlərinə bütün ailə üzvləri ilə birgə qayıtmağı planlaşdırır.

Sorğuda iştirak edən məcburi köçkünlərin demək olar ki, hamısı (99%) bildidirib ki, torpaqların azad olunması onlarda nikbinlik və evə qayıtmaq əhval-ruhiyyəsi yaradıb.

Respondentlərin yarısı (51.1%) işğal altında olan ərazilərdəki evinin açarlarını/sənədlərini saxlamaqdadır. 48.9% isə saxlamayıb.

Respondentlərin 86%-i işğal altında olan, eləcə də artıq azad edilən ərazilərimizin hazırki təsvirlərini (şəkil, video və s.) görsə də, 13%-i bu görüntüləri görməyib.
 
Qeyd edək ki, sorğu Qobu qəsəbəsinin ərazisində mənzillə təmin olunan və faktiki yaşayan 464 məcburi köçkün ailəsi ilə telefon vasitəsilə keçirilib. Sorğu 2020-ci il oktyabrın 9-dan 13-dək olan dövrdə keçirilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:50 27.02.2021

Azərbaycanda sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi

23:26 27.02.2021

Cavad Zərif: ABŞ Tehran və Bağdad arasında nifaq salmaq istəyir

23:11 27.02.2021

Türkiyədə koronavirusla bağlı son vəziyyət

22:52 27.02.2021

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı

22:43 27.02.2021

Türkiyədə dəhşətli hadisə: Ana yeni dünyaya gətirdiyi körpəsini paltar şkafında gizlətdi, uşaq öldü

22:29 27.02.2021

Saatlı sakini ehtiyatsızlıqdan özünü güllələdi

21:49 27.02.2021

Bakıda mənzildən kişi meyiti tapıldı

21:33 27.02.2021

Ermənistan müxalifəti: Bütün hərbçilər Paşinyanın istefasını tələb edir

21:19 27.02.2021

İŞİD-çilər Suriyada qaz borusunu partlatdılar

21:07 27.02.2021

XİN-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə göndərilməsi ilə bağlı AÇIQLAMA

21:04 27.02.2021

Mutasiyalara təsir edəcək yeni nəsil COVID peyvəndi hazırlanır

20:56 27.02.2021

Prezidentdən bitməyən suallara zarafatla cavab: “Əgər sual varsa, mən hazıram” - VİDEO

20:06 27.02.2021

" Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir"

18:28 27.02.2021

Ermənistanda Paşinyanın istefası tələbi ilə növbəti aksiya keçirilir

18:14 27.02.2021

Ukraynada xəstəxanada partlayış: Yaralılar var

17:43 27.02.2021

Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı artdı