Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin ipoteka borcu ödənildi

Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin ipoteka borcu ödənildi
SOSİAL
22:45 03.07.2020
2598
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin ev problemi həll olunub.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.

Məlumata görə, 2018-ci il aprelin 4-də cəbhənin Ağdam istiqamətində şəhid olan baş leytenant Nurid Abdullayevin ailəsinin yaşadığı mənzil ipoteka ilə alındığından, ailə ödənişi etməkdə çətinlik çəkib. Bu səbəbdən ailənin mənzil problemi ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət olunub. Müraciət tez bir zamanda cavablandırılaraq ailənin hazırda yaşadığı mənzilin ipoteka borcu ödənilib, eyni zamanda şəhid övladlarının müalicəsi Heydər Əliyev Fondunun nəzarətinə götürülüb.

Fotoda şəhid Nurid Abdullayev

 

 


OXŞAR XƏBƏRLƏR