Müəllimin şagirdi bağışlaması cəzanı yüngülləşdirəcək? – HÜQUQİ RƏY

Müəllimin şagirdi bağışlaması cəzanı yüngülləşdirəcək? – HÜQUQİ RƏY
SOSİAL
13:25 20.04.2026
1325
Xəbər verdiyimiz kimi, "İdrak” liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə təqsirləndirilən şagirdin cinayət işi üzrə tərəflər arasında barışıq əldə olunub. Zərərçəkmiş müəllim şagirdi bağışlayıb və bunu təsdiqləyən rəsmi sənəd istintaq orqanına təqdim edilib.

Bununla yanaşı, şagirdlə bağlı aparılan psixoloji ekspertizanın nəticələri də açıqlanıb. Rəyə əsasən, Ə.Ş-də anlaqlılığı istisna etməyən psixi pozuntu müəyyən edilib.

Hüquqşünas Ramil Süleymanov AZXEBER.COM-a açıqlamasında bildirib ki, tərəflər arasında əldə olunan barışıq təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad etmir:

"Bu hal yalnız yüngülləşdirici amil kimi qiymətləndirilə bilər və cəza təyin olunarkən nəzərə alınır. Son qərar məhkəmə tərəfindən veriləcək”.

Onun sözlərinə görə, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı üçün ona tətbiq ediləcək cəza daha yüngül olacaq:

"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsinə (qəsdən sağlamlığa ağır zərər vurma) əsasən, yetkinlik yaşına çatmayan şəxslərə böyüklər üçün nəzərdə tutulan cəzanın yarısı tətbiq olunur. Bu halda təxminən 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası mümkündür”.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında Bakıda yerləşən "İdrak” liseyində baş verib. İttihama görə, 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngi ilə liseyə gələrək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı
22:43 03.11.2026
Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı
Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
22:37 03.11.2026
Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
"Turan" komandası CEV Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
22:30 03.11.2026
"Turan" komandası CEV Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər
22:22 03.11.2026
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər
Tramp üçün çətin siyasi sınaq: Seçkiləri uduzsa, hansı addımı atacaq?
22:11 03.11.2026
Tramp üçün çətin siyasi sınaq: Seçkiləri uduzsa, hansı addımı atacaq?
“Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur” – Deputat
21:55 03.11.2026
“Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur” – Deputat
Sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
21:54 03.11.2026
Sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
Avropada yeddi təyyarədə axtarış aparıldı
21:49 03.11.2026
Avropada yeddi təyyarədə axtarış aparıldı
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
21:41 03.11.2026
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:34 03.11.2026
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
21:26 03.11.2026
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
21:21 03.11.2026
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
21:14 03.11.2026
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı həbs edilə bilər
21:06 03.11.2026
İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı həbs edilə bilər
Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
20:58 03.11.2026
Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib
20:53 03.11.2026
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib