Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci PHŞ və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
AZXEBER.COM xəbər verir ki, tələbələrin səhnə aldığı tədbirdə müxtəlif dövlət qurumlarının rəhbər işçiləri, müəllimlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Öncə Dövlət Himni səsləndirilib, ardından kollecin direktoru Xatirə Məlikova çıxış edərək, bildirib ki, Heydər Əliyev yalnız siyasi lider deyil, həm də müdrikliyi, uzaqgörənliyi və qətiyyəti ilə xalqının taleyində mühüm rol oynamış dahi şəxsiyyətdir. Onun rəhbərliyi ilə Azərbaycan müstəqil və suveren dövlət kimi formalaşaraq möhkəm təməllər üzərində inkişaf yoluna qədəm qoymuşdur.
Rəsmi hissədən sonra təqdim olunan bədii proqramda Ulu Öndərin xatirəsinə həsr olunmuş mahnılar, şeirlər səsləndirilib, rəqs nümunələri nümayiş olunub.











































