‘Müxalifətin heç zaman real fəaliyyəti olmayıb’

‘Müxalifətin heç zaman real fəaliyyəti olmayıb’
SİYASƏT
12:00 10.04.2014
977
“Müxalifət çətin ki, qarşıdan gələn bələdiyyə seçkilərində iştirak edə bilsin”.

Bu barədə Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məcilisin deputatı Sıyavuş Novruzov deyib. S.Novruzov qeyd edib ki, bələdiyyə seçkilərində 20 mindən artıq namizəd irəli sürmək lazımdır: "Müxalifət bələdiyyələrin yüzdə birində namizəd irəli sürə bilməyəcək, çünki onların sosial bazası yoxdur. Yəqin ki, bir də gələn il parlament seçkilərində səsləri çıxacaq".

Son dövrlərdə müxalifət düşərgəsində yaranan siyasi durğunluğa münasibət bildirən S.Novruzov qeyd edib ki, ümumiyyətlə, müxalifət düşərgəsində həmişə durğunluq olub: "Sadəcə seçki vaxtı bir az ayrı-ayrı dövlətlərin, ayrı-ayrı təşkilatların qızışdırması ilə aranı qatmaq istəyiblər, qalan bütün hallarda müxalifət partiyaları ancaq qəzet səhifələrində fəaliyyət göstəriblər".

Onun sözlərinə görə, təbii ki, siyasi partiyaların funksiyası çoxdur, bunlardan biri də seçkilərdə iştirak etmək, namizəd irəli sürməkdir: "Amma digər hallarda siyasi partiyalar cəmiyyəti maraqlandıran məsələlərlə məşğul olmalı, ayrı-ayrı təkliflər hazırlamalı, o cümlədən alternativ təkliflər verməlidir, lakin müxalifətin heç sosial bazası, elektoratı olmadığına görə bunların düşüncə tərzində seçki dövründə ara qatmaq və birdə mitinq deyib qışqırmaqdır. Bunların heç zaman real fəaliyyəti olmayıb".

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2014-cü ilin dekabr ayında keçirilməlidir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
14:31 27.07.2026
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
14:28 27.07.2026
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI
14:12 27.07.2026
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI