Nəriman Abbasov: "Həbib Nurməhəmmədov mənə söz verib"

Nəriman Abbasov: "Həbib Nurməhəmmədov mənə söz verib"
İDMAN
12:57 20.09.2021
1028
"Yarışa yaxşı hazırlaşırdıq. Düzü, birinci raundda qələbə qazanacağımı gözləmirdim. Amma qismət belə imiş və ilk raunddaca qalib gəldik".

Bunu azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnirdə Şamil Zavurovu məğlub etdiyi titul döyüşü barədə Bakıdakı qarşılama zamanı jurnalistlərə açıqlamasında deyib.

27 yaşlı idmançı rəqibinə çox hörmət etdiyini bildirib. "Zavurov bu idman növündə əfsanə və sözünü demiş şəxsdir. Onu Dağıstanda "Fyodor" (Fyodor Yemelyanenko - red) kimi tanıyırlar. Həbib Nurməhəmmədovun dediyi kimi, böyük qardaşdır. Həbib ona baxıb böyüyüb".

Abbasov görüşün sonlarında yaşanan qalmaqal haqqında da danışıb: "Elə də böyük qalmaqal olmadı. Rinqə daxil olan şəxs Zavurovun əmisi oğlu idi. Döyüşdən sonra mənə yaxınlaşıb, üzürxahlıq etdi. Orada başqa heç nə yox idi. Hakim saxlayanadək döyüşü davam etdirməlisən".

İdmançı döyüşdən sonra Həbib Nurməhəmmədova ünvanladığı "Çamadanım hazırdır, səni gözləyirəm" atmacaya da aydınlıq gətirib: "Çamadanım çoxdan hazırdır. Gözləyəcəyik, 1-2 gün dincələk və özümüzə gələk. Bu barədə açıqlamalar olacaq. Həbib məni UFC-yə keçirəcəyinə dair söz verib. Danışıqlarımız olacaq. Öz postunda paylaşmışdı ki, söz vermişəmsə, əməl edəcəyəm. Danışıqlar gedəcək, baxacağıq. Hələlik qarşıda hansı döyüşün olacağı ilə bağlı məlumat yoxdur. Növbəti aylarda bilinəcək".

Nəriman Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov isə deyib ki, həmin döyüşdə hansısa hadisə baş verə bilməzdi: "Çünki bizim danışıqlarımız olub. Həbib Nurməhəmmədov elə bir şəxs deyil ki, özünü o səviyyəyə endirsin. Məni də tanıyanlar bilir: Biz də o səviyyəyə düşmərik ki, bu idman növün aşağı salaq və orada başqa hərəkətlər olsun. Rinqə girən həmin yoldaş emosiyalarına sahib ola bilmədi. Hətta rinqdə ağladı. Mən onu başa düşürəm, şəxsən o hissi yaşamışam və görmüşəm".
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
18:31 20.10.2026
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
18:19 20.10.2026
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
17:54 20.10.2026
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
17:49 20.10.2026
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
17:35 20.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
Bu yolda hərəkət məhdudlaşdırılacaq
17:32 20.10.2026
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
16:32 20.10.2026
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
16:28 20.10.2026
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
16:25 20.10.2026
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
16:18 20.10.2026
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır