Növbə diş həkimlərinə çatdı: Saxta diplomlu stomotoloqlar kimlərdir?

Növbə diş həkimlərinə çatdı: Saxta diplomlu stomotoloqlar kimlərdir?
SOSİAL
14:33 21.01.2025
920
Ölkədə plastik cərrahiyyədən sonra stomatoloji xidmət də müzakirə mövzusuna çevrilib. Belə ki, plastik cərrahiyyədən çox sayda şəxsin zərər çəkdiyi və bir çox həkimin əslində bu sahədə diplomunun olmaması və ya saxta olması məsələni gündəmə çevirib.

Səhiyyə Nazirliyi plastik cərrahlara bu il yanvar ayının 31-dək müddət verib. Onlar bu müddətədək baza ali tibb təhsili, diplomdan sonrakı təhsilə aid bütün sənədlər, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və bu kimi sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini nazirliyə təqdim etməlidirlər.

Bunun üçün Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Ölkədə icbari tibbi sığortaya daxil edilməyən və geniş yayılan tibbi xidmət növündən biri də stomatoloji xidmətdir. Həm paytaxtda, həm də bölgələrdə addımbaşı stomatoloji xidmət göstərən məkanlara rast gəlinir. Burada çalışan ağ xalatlıların isə hansı tibb müəssisəsində təhsil aldığı, hansı ixtisasa yiyələndikləri, dişlə bağlı bütün prosedurları etmək ixtiyarında olduqları bəlli deyil.

Bəs stomatoloqlarla bağlı durum nə yerdədir? Onların diplomları, fəaliyyətlərinə nəzarət olunurmu?

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra edə bilməz:

""Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericiliklə müəyyən olunan qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan (ixtisasca həkim-stomatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər. Stomatoloji ixtisas üzrə terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji, cərrahi stomatoloji və diş texniki üzrə lisenziya tələb olunduğundan, uyğun işlər üzrə tibbi praktiki fəaliyyət dövlət sertifikasiya şəhadətnaməsi və lisenziya əsasında həyata keçirilə bilər. Cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra edə bilməz”.

Qeyd edilib ki, şikayətlər əsasında xidməti yoxlamalar keçirilir:

"Yalnız vətəndaş şikayətləri və yerli dövlət orqanları tərəfindən daxil olan müraciətlər əsasında aidiyyəti özəl tibb müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydada xidməti yoxlamalar keçirilir. Keçirilən yoxlamalar zamanı sahibkar subyektlərində aşkar edilən qanunsuz tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı inzibati xəta məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunur”.

Qurum vətəndaşlara müraciət edərək problemlə qarşılaşdıqları halda onlara müraciət edilməsini istəyib:

"Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in "bir pəncərə” sistemi, "qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də təyyarə mobil evlər parkına çırpılıb, ölənlər və yaralılar var - VİDEO
01:58 02.11.2026
ABŞ-də təyyarə mobil evlər parkına çırpılıb, ölənlər və yaralılar var - VİDEO
ABŞ-də təyyarə qəzasında ölənlərin sayı açıqlandı
01:53 02.11.2026
ABŞ-də təyyarə qəzasında ölənlərin sayı açıqlandı
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
01:48 02.11.2026
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
81 yaşlı Donald Trampın uşaqları necə görünür və nə edirlər
01:43 02.11.2026
81 yaşlı Donald Trampın uşaqları necə görünür və nə edirlər
İran XİN onları terrorçu kimi tanıyıb
01:38 02.11.2026
İran XİN onları terrorçu kimi tanıyıb
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:33 02.11.2026
Bakının bir sıra ərazisində işıqlar sönəcək
IRNA: ABŞ və İsrailin İrana hücumlarına dair sübutlar IMO-ya təqdim edilib
01:28 02.11.2026
IRNA: ABŞ və İsrailin İrana hücumlarına dair sübutlar IMO-ya təqdim edilib
Ukraynadan Rusiyaya qarşı yeni taktika: Hava şarları ilə dronlar buraxılır
01:23 02.11.2026
Ukraynadan Rusiyaya qarşı yeni taktika: Hava şarları ilə dronlar buraxılır
Ebola virusu yayılan ölkələrin sayı artır
01:18 02.11.2026
Ebola virusu yayılan ölkələrin sayı artır
SEPAH: Hörmüz boğazında iki neft tankerində partlayış olub
01:13 02.11.2026
SEPAH: Hörmüz boğazında iki neft tankerində partlayış olub
Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? - Video
01:03 02.11.2026
Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? - Video
Rəsmi Tehran: ABŞ ilə mümkün yeni müharibə əvvəlkindən daha uzun çəkə bilər
00:58 02.11.2026
Rəsmi Tehran: ABŞ ilə mümkün yeni müharibə əvvəlkindən daha uzun çəkə bilər
Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir?
00:53 02.11.2026
Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir?
Dallasda atışmalar nəticəsində ölən və yaralananları sayı açıqlandı
00:48 02.11.2026
Dallasda atışmalar nəticəsində ölən və yaralananları sayı açıqlandı
Hörmüz boğazındakı sualtı kabellərə hücum Azərbaycana necə təsir edəcək? - Video
00:43 02.11.2026
Hörmüz boğazındakı sualtı kabellərə hücum Azərbaycana necə təsir edəcək? - Video
İcbari tibbi sığorta paketinə yeni dərmanlar daxil edilir - VİDEO
00:38 02.11.2026
İcbari tibbi sığorta paketinə yeni dərmanlar daxil edilir - VİDEO