Okeanlarda çalışan azərbaycanlıların qazancı: Kim nə qədər maaş alır?

Okeanlarda çalışan azərbaycanlıların qazancı: Kim nə qədər maaş alır?
SOSİAL
16:27 16.07.2026
10071
Xəbər verdiyimiz kimi, Dövlət Dəniz və Liman Agentliyi xarici sularda üzən gəmilərdə çalışan azərbaycanlı dənizçilərə müraciət edib.

Belə ki, son aylarda xarici sularda üzən gəmilərdə çalışan azərbaycanlı dənizçilərin həlak olması halları ilə bağlı bildirilib ki, xüsusilə Qara və Azov dənizləri hövzəsində, eləcə də Hörmüz boğazı və Fars körfəzində fəaliyyət göstərən dənizçilər daha ehtiyatlı olmalıdırlar.

Ağır hava şəraiti, uzunmüddətli səfərlər, texniki nasazlıqlar və digər risklər bu peşənin nə qədər təhlükəli olduğunu bir daha göstərir.

Buna baxmayaraq, minlərlə dənizçi aylarla ailəsindən uzaqda, okean və dənizlərdə çalışmağa davam edir. Böyük məsuliyyət və həyat riski müqabilində onların əldə etdikləri qazanc isə maraq doğurur.

AZXEBER.COM mövzu ilə bağlı araşdırma aparıb.

Beynəlxalq gəmiçilik bazarı üzrə əməkhaqqı statistikasına əsasən xarici sularda çalışan gəmi kapitanlarının aylıq maaşı təxminən 18 min 700 manatdan 28 min 900 manatadək, baş mexaniklərin maaşı isə 18 min 700 manatdan 27 min 200 manatadək dəyişir.

Baş köməkçilər ayda orta hesabla 11 min 900-17 min 850 manat, ikinci mexaniklər 12 min 750-18 min 700 manat, ikinci zabitlər isə 8 min 500-11 min 900 manat əməkhaqqı alırlar. Üçüncü zabitlərin aylıq qazancı 6 min 970-10 min 540 manat, elektrik zabitlərinin maaşı isə 9 min 10-12 min 240 manat arasında dəyişir.

Gəminin sıravi heyətinə daxil olan bosunlar ayda 5 min 610-7 min 650 manat, aşpazlar 4 min 250-6 min 460 manat, təcrübəli matroslar 3 min 910-5 min 270 manat, yağlayıcılar isə 3 min 570-5 min 270 manat qazanırlar. Adi matrosların aylıq maaşı 2 min 890-3 min 910 manat, ən aşağı vəzifədə çalışan viperlərin əməkhaqqı isə 2 min 550-3 min 740 manat arasında dəyişir.

Ən yüksək maaşlar isə mayeləşdirilmiş təbii qaz (LNG) tankerlərində çalışan kapitanlara ödənilir. Bu kateqoriyada çalışan təcrübəli kapitanların aylıq qazancı bəzi hallarda 34 min manatdan 42 min 500 manatadək yüksəlir.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı