“Olimpik Şəki”nin basketbolçusu: “NBA çempionunun oğlu olmaq çox gözəldir”

“Olimpik Şəki”nin basketbolçusu: “NBA çempionunun oğlu olmaq çox gözəldir”
İDMAN
19:54 01.03.2023
498
"Məncə, NBA çempionunun oğlu olmaq çox gözəldir. Atamın ən yaxşı basketbolçu olmaq üçün hər gün çox çalışdığını görmək mənim üçün ruhlandırıcı və həvəsləndirici idi”.

Bunu müsahibəsində "Olimpik Şəki” basketbol klubunun üzvü Lari Robinson deyib.

1993/1994 mövsümündə "Hyuston Rokets”in heyətində Milli Basketbol Assosiyasının (NBA) qalibi olmuş Lari Robinsonun oğlu kiçik Lari qeyd edib ki, atasından mümkün qədər çox şey öyrənməyə çalışır: "Bütün bunların fonunda mən yalnız özüm olmağa və atam kimi təkcə ölkə xaricində deyil, həm də NBA-da özüm üçün miras yaratmağa çalışıram. Bu, mənə motivasiya verir. Çünki atam mənim çatmağa çalışdığım yerdədir. Atam bunun üçün nə lazım olduğunu yaxşı bilir. Bu, eyni zamanda sizi məqsədli olmağa vadar edir. Hər oyunda rəqabətə hazır olmalısan və mən də buna çalışıram”.

Basketbolçu atası ilə tez-tez əlaqə saxladığını, onun Azərbaycan çempionatını izlədiyini də bildirib: "Demək olar ki, hər gün danışırıq. Mənə kömək etmək üçün çoxlu məsləhət verir. Harada olmasından asılı olmayaraq, istənilən çempionluq şərəfdir. Atamın bir neçə liqada oynamaq şansı olub. Eləcə də mənim. Hesab edirəm ki, çempionluq uğrunda mübarizə aparan hər kəs buna böyük iş kimi baxır”.

Öz nəslinin üçüncü Larri Robinsonsunu olan və atası ilə yanaşı, babasının da bu ad-soyadı daşıdığı ilə bağlı sualı da cavablandıran idmançı adının tarixçəsi haqqında da danışıb: "Bu, mənim üçün çox vacibdir. Bu adı qəbul etməklə əvvəlki nəsillər kimi standarta sadiq qaldım”.

Müsahibəni tam olaraq buradan oxuya bilərsiniz.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gürcüstan Azərbaycana 460 milyon investisiya yatırıb
19:22 24.11.2026
Gürcüstan Azərbaycana 460 milyon investisiya yatırıb
Ceyhun Bayramov üçtərəfli əməkdaşlıq formatından danışdı: Növbəti görüş Gürcüstanda keçiriləcək
19:18 24.11.2026
Ceyhun Bayramov üçtərəfli əməkdaşlıq formatından danışdı: Növbəti görüş Gürcüstanda keçiriləcək
Gürcüstandan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı AÇIQLAMA
19:10 24.11.2026
Gürcüstandan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı AÇIQLAMA
Nazir Ermənistana daşınan yüklərdən danışdı
19:08 24.11.2026
Nazir Ermənistana daşınan yüklərdən danışdı
Maka Boçorişvili Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
19:05 24.11.2026
Maka Boçorişvili Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
Gürcü nazir Ceyhun Bayramovu Gürcüstana dəvət etdi
19:02 24.11.2026
Gürcü nazir Ceyhun Bayramovu Gürcüstana dəvət etdi
Hörmüz boğazında dördüncü neft tankerində partlayış baş verib
18:58 24.11.2026
Hörmüz boğazında dördüncü neft tankerində partlayış baş verib
Gürcü nazir: Bu marşrut 6 illik fasilədən sonra bərpa olundu
18:55 24.11.2026
Gürcü nazir: Bu marşrut 6 illik fasilədən sonra bərpa olundu
Maka Boçorişvili: Azərbaycanla Gürcüstan arasında siyasi dialoq yüksək səviyyədədir
18:50 24.11.2026
Maka Boçorişvili: Azərbaycanla Gürcüstan arasında siyasi dialoq yüksək səviyyədədir
Rusiya-Ukrayna müharibəsi Azərbaycan və Gürcüstanı da narahat edir
18:46 24.11.2026
Rusiya-Ukrayna müharibəsi Azərbaycan və Gürcüstanı da narahat edir
Ukrayna ABŞ Konqresinə hərbi dəstək və sanksiyalarla bağlı müraciət planlaşdırır
18:41 24.11.2026
Ukrayna ABŞ Konqresinə hərbi dəstək və sanksiyalarla bağlı müraciət planlaşdırır
Ceyhun Bayramov Azərbaycan-Gürcüstan münasibətlərindən danışdı
18:40 24.11.2026
Ceyhun Bayramov Azərbaycan-Gürcüstan münasibətlərindən danışdı
Ermənistan və Rumıniya strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıb
18:27 24.11.2026
Ermənistan və Rumıniya strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıb
"Milan" "Real"ın futbolçusu Endrik üçün rəsmi təklif göndərib
18:11 24.11.2026
"Milan" "Real"ın futbolçusu Endrik üçün rəsmi təklif göndərib
18 marşrutun hərəkət sxemi dəyişdi
17:41 24.11.2026
18 marşrutun hərəkət sxemi dəyişdi
ABŞ-də quş qripi can aldı: Ölənlərin sayı 3-ə çatdı
17:39 24.11.2026
ABŞ-də quş qripi can aldı: Ölənlərin sayı 3-ə çatdı