Polis Masallıda əməliyyat keçirdi - 9 kq narkotik aşkarlandı

Polis Masallıda əməliyyat keçirdi - 9 kq narkotik aşkarlandı
KRİMİNAL
12:52 15.08.2026
141
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirib.

DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 45 yaşlı Rəfail İsayev saxlanılıb. Onun idarə etdiyi avtomobildən 9 kiloqram narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR