Prezident nazirliklə bağlı fərman imzaladı

Prezident nazirliklə bağlı fərman imzaladı
SOSİAL
15:11 30.06.2020
1513
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli və "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 24 iyun tarixli 976 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

AZXEBER.COM xəbər verir ki, sənədə əsasən, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”  fərmanın 1.2-ci, 1.4-cü bəndlər, 5-ci və 6-1-ci hissələr ləğv edilib.

Sənədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının işçilərinin say həddi 350 ştat vahidi (hazırda 309-dur), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının işçilərinin say həddi 110 ştat vahidi (Xidmətin mərkəzi laboratoriyası ilə birlikdə) və regional bölmələrinin işçilərinin say həddi 260 ştat vahidi müəyyən edilib.

Fərmanla həmçinin aşağıdakı dəyişikliklər edilib.

1.3. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu”nun 3-cü, 4-1-ci və 4-2-ci hissələri ləğv edilsin;

1.4. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə” üzrə:

1.4.1. 3.1.28-1-ci və 3.1.37-1-ci yarımbəndlərdə "Nazirlik yanında” sözləri "Nazirliyin tabeliyində” sözləri ilə əvəz edilsin;

1.4.2. 5.1-ci bənddə "və onun strukturuna daxil olan qurumlar (regional orqanlar, ikili tabelikdə olan yerli bölmələr və s.),” sözləri ", onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan” sözləri ilə, "və Naxçıvan” sözləri ", habelə Naxçıvan” sözləri ilə əvəz edilsin;

1.4.3. 5.5.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

"5.5.3. Nazirliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) əsasnamələrini, strukturuna daxil olmayan tabeliyindəki qurumların (əsasnamələri (nizamnamələri) Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini (əsasnamələrini) təsdiq edir;”;

1.4.4. aşağıdakı məzmunda 5.5.3-1-ci yarımbənd əlavə edilsin:

"5.5.3-1. bu Əsasnamənin 5.5.3-cü yarımbəndinə uyğun olaraq, Nazirliyin strukturuna daxil olan qurumların, Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini (əsasnamələrini) təsdiq üçün təqdim edir;”;

1.4.5. 5.5.5-ci yarımbənddə "yerli və digər qurumlarının” sözləri "strukturuna daxil olan qurumların (strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və strukturuna daxil olmayan tabeliyindəki qurumların (bu Əsasnamənin 5.5.5-1-ci yarımbəndi nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin;

1.4.6. aşağıdakı məzmunda 5.5.5-1-ci yarımbənd əlavə edilsin:

"müəyyən edilmiş struktur, işçilərin say həddi və əməkhaqları daxilində tabeliyində olan publik hüquqi şəxslərin (Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla) ştat cədvəlinin və ayrılmış büdcə təxsisatı çərçivəsində xərclər smetasının təsdiq edilməsinə razılıq verir;”;

1.4.7. 5.5.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

"5.5.6. Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6-1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;”;

1.4.8. aşağıdakı məzmunda 5.5.6-1-ci yarımbənd əlavə edilsin:

"5.5.6-1. Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir;”.

2. "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1072; 2017, № 5, maddə 829; 2018, № 3, maddə 434; 2019, № 2, maddə 245) 2-ci hissəsi ləğv edilsin.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb