Prezident Oman Sultanını təbrik etdi

Prezident Oman Sultanını təbrik etdi
SİYASƏT
11:08 18.11.2025
150
Prezident İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidi təbrik edib.

AZXEBER.COM xəbər verir ki, təbrikdə deyilir:

"Əlahəzrət,

Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Oman xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
OXŞAR XƏBƏRLƏR