Prezidentin kürəkəni özünü öldürdü, yoxsa onu öldürdülər...

Prezidentin kürəkəni özünü öldürdü, yoxsa onu öldürdülər...
SİYASƏT
13:21 16.03.2015
2079

Avstriya hüquq-mühafizə orqanları Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni, milyonçu Rahat Əliyevin intihar etmədiyinə, əslində siyasi qətlin qurbanı olduğuna dair şübhələrin araşdırlmasına başlayıb.

Həbsxana rəsmiləri ötən çərşənbə axşamı saat 07:20-də Rahat Əliyevin meyitinin tənziflərdən düzəldilmiş kəndirdən asılı vəziyyətdə aşkar etdiklərini bildirmişdilər.

Casus romanı kimi...

“The İndependent” qəzeti “Qazaxıstanın avtokratik lideri Nazarbayevin siyasi rəqibinin Əliyevin Vyanadakı Cozefstad həbsxanasının xəstəxana bölümündə intihar etməsini Con Le Karrın casus romanlarından götürülmüş süjet”ə bənzədib.

Qəzet yazır ki, vaxtilə Qazaxıstanın Vyanadakı səfiri və bundan əvvəl ölkəsinin təhlükəszilik xidmətlərinin rəhbəri işləmiş Əliyev iki qazax bankirinin qətlində əli olması iddiası ilə məhkəmə dinləməsini gözləyirdi. O, ötən il iyunda Avstryia hakimiyyət orqanlarına özü təslim olmuşdu.

Avstriya Qazaxıstanda insan haqlarının bərbad vəziyyətini əsas gətirərək onun ekstradisiyası ilə bağlı Astananın ricasını rədd etmişdi.

Həbsxana başçısı Peter Prextl ilkin təhqiqatdan sonra Əliyevin özünü asdığını bildirmişdi.

Kameraların kameraları

Mətbuat yazır ki, xəstəxana rəhbərliyi öz qərarını bütün kameralarda yerləşdirilmiş videokameralardan alınan videoyazılar əsasında çıxardığını iddia edir.

Bu kameralar həbsxanaya gəlib-gedənlərin hamısını qeydə alır.

Həbsxana rəhbərliyi bildirib ki, Əliyev son dəfə sağ olaraq axşam saat 10-da kameralara dərmanlar paylanarkən görünüb.

P.Prextl iddia edir ki, sonrakı 9 saat ərzində Rahat Əliyevin kamerasına kiminsə daxil olduğunu və ya kameraların işinə müdaxilə edildiyini göstərən əlamətlər yoxdur.

Bununla belə Əliyevin vəkilləri iddia edirlər ki, həbsxananın verdiyi məlumatların doğru olmadığını nümayiş etdirən çoxsaylı dəlillər mövcuddur.

“Biz əminik ki, onun ölümü könüllü şəkildə icra edilmiş intihar olmayıb” - deyə vəkil Klaus Ainedter bildirib.

Onu həbsxanada hədələyiblər

K.Ainedter bildirib ki, ölümündən cəmi bir neçə saat əvvəl Əliyev başqa bir iş üzrə məhkəməyə ifadə verməyə hazırlaşırmış.

O, həbsxanada saxlanan məhbuslardan birinə qarşı ifadə verəcəkmiş. Həmin məhbusun Əliyevə onu öldürəcəyini və bunu intihar kimi quracağını söylədiyi iddia olunurdu.

Vəkilin dediyinə görə, sözügedən məhbus Əliyevdən pul qoparmaq istəyirmiş.

Həbsxana rəhbərliyi Rahat Əliyevi təhdidlərdən qorumaq üçün onu xəstəxana bölümünə keçirmişdi.

Vəkillərin sözlərinə görə, bundan başqa Əliyev həmçinin çərşənbə günü səhər üçün bərbər çağırtdırmışdı və ailəsi ilə görüşə hazırlaşırdı.

Onun dul xanımı Elnarə Əliyevlərin Maltadakı evindən danışaraq bildirib ki, ərinin intihar etməsini tamamilə qeyri-mümkün sayır.

Qadının sözlərinə görə, Rahat Əliyev son dərəcə sevdiyi ailəsini bu şəkildə qoyub gedə bilməzdi.

İkinci autopsiya

Əliyevin vəkilləri bildiriblər ki, o, yaxşı yata bilmək üçün yuxu dərmanı qəbul edirmiş, lakin autopsiya onun orqanizmində yüksək dozada qəbul edilərsə, ölümcül ola biləcək güclü yuxu preparatının izlərini göstərib.

Vəkillər dozanın müəyyənləşdirilməsi üçün ikinci autopsiyanın keçirilməsini tələb ediblər.

Onlar həmçinin diqqəti belə bir məqama çəkiblər ki, birinci autopsiyanı icra etmiş həkim Əliyevə qarşı ittihama əsasən keçiriləcək dinləmədə prokurorluğun şahidi olmalı imiş.

Avstriyanın ədliyyə naziri Volfhanq Brandstetter Rahat Əliyevin ölüm səbəbinin araşdırılması məqsədilə müstəqil komissiya yaradılmasına sərəncam verib.

Qəzet yazır ki, prezidentin qızı Dariqa Nazarbayeva ilə evli olması Əliyevə xarici işlər nazirinin müavini və vergilər naziri kimi postları tutmasına kömək etmişdi və müəyyən bir məqamda ona qaynatasının varisi kimi baxılırdı.

Kürəkənin süqutu

Lakin o, 2007-ci ildə Qazaxıstandakı "Nurbank"ın direktoru olduqdan sonra bankın prezidenti və sədri yoxa çıxmışdılar. Elə həmin il Rahat Əliyevə qarşı adam oğurluğu ilə bağlı cinayət işi açılarkən o, artıq Avstriyada öz ölkəsinin səfiri kimi xidmət edirdi.

2008-ci ildə Qazaxıstan məhkəməsi Əliyevi adam oğurluğunda, dövlət xəyanətində və prezidentə qarşı çevriliş cəhdində təqsirli bilmişdi. 2011-ci ildə bankirlərin meyitlərinin tapılmasının ardınca Qazaxıstan rəhbərliyi Avstriyadan Əliyevin təslim edilməsini rica etmişdi. Lakin Avstriya Qazaxıstanda insan haqlarının vəziyyəti ilə bağlı ekstradisiyadan imtina etmiş, amma Əliyevi mühakimə edəcəyini bildirmişdi.

Avstriya hakimiyyət orqanları öldürülmüş bankirlərin qohumlarınıtəmsil edən “Təqdir” adlı təşkilatın birbaşa prezident Nazarbayevə tabe xüsusi xidmətlərin qurama təşkilatı olduğundan şübhələnirlər. “Təqdir” qrupunun avstriyalı vəkili bu iddiaları rədd edir.

Ölümündən əvvəl Rahat Əliyev iki bankirin oğurlanmasında və qətlində heç bir iştirakının olmadığını iddia edir və bildirirdi ki, prezident tərəfindən qurulmuş siyasi qəsdin qurbanı olub ("Azadlıq" radiosu).

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dərədə köməksiz qaldı - FHN xilas etdi
14:12 02.08.2026
Dərədə köməksiz qaldı - FHN xilas etdi
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
14:03 02.08.2026
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Şəkidə elektrik cəryanının vurduğu kişi yanaraq ölüb
13:50 02.08.2026
Şəkidə elektrik cəryanının vurduğu kişi yanaraq ölüb
Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatıb
13:42 02.08.2026
Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatıb
Gəncədə 3 mərtəbəli evdə yanğın oldu - Fotolar
13:37 02.08.2026
Gəncədə 3 mərtəbəli evdə yanğın oldu - Fotolar
Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub
13:20 02.08.2026
Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
13:09 02.08.2026
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
Sabah hava necə olacaq?
12:55 02.08.2026
Sabah hava necə olacaq?
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu -  VIDEO - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - VIDEO - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu - VIDEO
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu - VIDEO
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO