Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?

Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
SOSİAL
17:11 04.06.2026
226
İmtahan sessiyası yaxınlaşdıqca tələbələr və abituriyentlər arasında həyəcan səviyyəsi yüksəlir. Mütəxəssislər bildirirlər ki, imtahan zamanı əldə olunan nəticə yalnız bilik səviyyəsindən deyil, həm də psixoloji hazırlıqdan asılıdır. Bəzən ən hazırlıqlı gənclər belə yüksək gərginlik səbəbindən bildiklərini tam şəkildə nümayiş etdirə bilmirlər. Psixoloqlar hesab edirlər ki, stressin vaxtında idarə olunması və düzgün hazırlıq strategiyası imtahan uğurunun əsas şərtlərindən biridir.

AZXEBER.COM xəbər verir ki, psixoloq Turanə Xəlilova Editor.az-a açıqlamasında bildirib ki, son dövrlərdə ölkəmizdə imtahan verən tələbə və gənclər arasında ən çox müzakirə olunan məsələlərdən biri imtahan stresinin öhdəsindən gəlmək, gərginliyi azaltmaq və bu prosesə düzgün adaptasiya olmaqdır:

"Doğrudan da, bu gərginlik və panikadan xilas olmaq üçün müəyyən üsullardan istifadə etmək lazımdır. Çox vaxt deyirik ki, oxuyan tələbə onsuz da imtahanda uğur qazanacaq. Lakin biliyi və savadı olan şəxslər də həddindən artıq həyəcan keçirdikdə potensiallarını tam şəkildə ortaya qoya bilmirlər. Onlara ayrılan vaxt bəzən olduğundan daha qısa görünür. Halbuki prosesin böyük hissəsi insanın öz nəzarəti və özünü idarə etmə bacarığından asılıdır.

İnsan nə qədər çox gərginlik yaşayırsa, orqanizmdə stress hormonu olan kortizolun səviyyəsi də bir o qədər yüksəlir. Maraqlıdır ki, kortizol artmağa başlamazdan əvvəl orqanizm müəyyən siqnallar verir. Gecələr yuxusuzluq, oxunan məlumatların yadda saxlanılmaması, diqqətin zəifləməsi, saç tökülməsi, dırnaqların tez qırılması, dəridə qaşınma və digər nevroloji-sinir mənşəli əlamətlər bu vəziyyətin göstəriciləri ola bilər. Bunların hamısı birbaşa stresslə əlaqəlidir.

Bu gün demək olar ki, hər kəsin əlində smartfon var və süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə gənclər müxtəlif platformalar vasitəsilə öz suallarına cavab axtarmağa çalışırlar. Lakin həddindən artıq informasiya axını bəzən beyində lazımsız məlumatların toplanmasına səbəb olur və nəticədə tələbə və ya abituriyentin üzərində əlavə psixoloji yük yaradır.

İmtahan zamanı yaranan ani gərginliyi idarə etmək üçün diqqəti qısa müddətlik başqa istiqamətə yönəltmək faydalı ola bilər. Əgər tələbə sualı gördükdə donub qalırsa və ya "heç nə bilmirəm” hissinə qapılırsa, ilk növbədə dərindən nəfəs almalıdır. Bu, geniş istifadə olunan nəfəs texnikalarından biridir. Dərindən nəfəs alıb bir neçə saniyə saxladıqdan sonra yavaş şəkildə nəfəsi buraxmaq tövsiyə olunur.

Bundan əlavə, ətrafdakı eyni adlı əşyaları müəyyən edib onları saymaq diqqətin panikadan uzaqlaşdırılmasına kömək edir. Əgər vaxt məhduddursa və imtahan prosesi davam edirsə, tələbə əllərini dizlərinin və ya masanın üzərinə qoyaraq gözlərini bir neçə saniyə yumub dərin nəfəs məşqi edə bilər”.

Psixoloq qeyd edib ki, bir çox insanlar imtahana bir-iki gün qalmış daha çox oxumağın və plansız şəkildə materialları təkrarlamağın faydalı olduğunu düşünürlər:

"Lakin bu yanaşma düzgün deyil. Həddindən artıq informasiya beyində sistemli şəkildə yerləşmiş biliklərin qarışmasına səbəb olur və insan hansı məlumatdan sonra nəyi etməli olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir.

Vaxtın düzgün idarə olunmaması da problemlər yaradır. Bəzən üç saatlıq imtahan müddəti belə kifayət etmir. İki saatlıq yazılı imtahan zamanı tələbənin bildiyi sualları unutması və ya xatırlaya bilməməsi əksər hallarda psixoloji gərginliyin yüksək olmasından qaynaqlanır.

Belə hallarda yenidən nəfəs texnikalarından istifadə etmək, diqqəti qısa müddətlik başqa istiqamətə yönəltmək və beyni fərqli fəaliyyətlə məşğul etmək faydalıdır. Əgər klassik nəfəs texnikası effekt vermirsə, başqa bir üsuldan istifadə etmək olar. Tələbə təsəvvür etməlidir ki, başının üzərində bir şar var və onun aşağı düşməməsi üçün başını yuxarı qaldıraraq dərindən nəfəs alıb nəfəsini yavaş-yavaş buraxır. Sanki həmin şarı göyə doğru üfürür.

Eyni zamanda, bu dövrdə qidalanmaya da xüsusi diqqət yetirilməlidir. Həddindən artıq şokolad qəbulu, enerji içkilərindən istifadə və ya musiqi dinləyərək dərs oxumaq tövsiyə edilmir. Bu vasitələr qısa müddətli rahatlıq hissi yaratsa da, diqqətin və enerjinin düzgün istiqamətləndirilməsinə kömək etmir.

Şokolad istehlak ediləcəksə, tünd şokolada üstünlük verilməlidir və bu da normadan artıq olmamalıdır. Tünd şokolad həm müsbət emosiyaların yaranmasına təsir göstərir, həm də beynin fəaliyyətini müəyyən qədər dəstəkləyir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sinan Akçıl xəstəxanaya yerləşdirildi
19:19 04.06.2026
Sinan Akçıl xəstəxanaya yerləşdirildi
Aygün Bəylərin bacısı etiraf etdi - "Ailəmlə küsülüyəm"
18:56 04.06.2026
Aygün Bəylərin bacısı etiraf etdi - "Ailəmlə küsülüyəm"
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı