Qırğız-Türk Manas Universitetində Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Qırğız-Türk Manas Universitetində Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
SİYASƏT
11:46 10.11.2025
328
8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı Qırğız Respublikası (QR) Joqorko Kineşə (parlament) və Xarici İşlər Nazirliyinə təqdim edilib, həmçinin səfirliyin rəsmi internet səhifəsində və sosial media hesablarında paylaşılıb. Bundan başqa səfirlik tərəfindən hazırlanmış press-reliz Bişkek şəhərində fəaliyyət göstərən diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara çatdırılıb.

Bu barədə AZXEBER.COM-a səfirlikdən məlumat verilib.

Bildirilib ki, səfirlik tərəfindən noyabrın 7-də Qırğız-Türk Manas Universitetində 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş rəsmi tədbir və konsert proqramı təşkil edilib. Tədbirdə Qırğız Respublikasının xarici işlər nazirinin müavini Meder Abakirov, bu ölkədə akkreditə olunmuş Türkiyə, Qazaxıstan, Özbəkistan, Macarıstanın səfirləri, Şimalı Kirpin Ticarət nümayəndəsi, Manas Universitetinin professor-müəllim heyəti, ictimaiyyət və diaspor nümayəndələri, media təmsilçiləri iştirak ediblər.

Tədbir "Qarabağ bülbülləri”nin ifasında bədii təqdimatla açılıb, ardınca 8 Noyabr - Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən Qırğız-Türk Manas Universitetinin prorektoru İsmet Altıntaş Azərbaycan xalqının Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni imkanlar yaratdığını vurğulayıb. O qeyd edib ki, bu Qələbə yalnız Azərbaycan üçün deyil, bütün türk coğrafiyası üçün milli ləyaqətin və birliyin simvoluna çevrilib. Prorektor həmçinin Qarabağın azad edilməsi ilə Türk dünyasının siyasi və mənəvi xəritəsində tarixi ədalətin bərpa edildiyini bildirib.

Qırğızıstan xarici işlər nazirinin müavini Meder Abakirov çıxış edərək dost və qardaş Azərbaycan xalqını bayram münasibətilə təbrik edib. O, azad olunmuş torpaqlarımızın bərpasında uğurlar arzulayıb.

Səfir Lətif Qəndilov çıxışında münaqişənin tarixçəsi, müharibənin gedişatı, Qələbənin tarixi əhəmiyyəti, müharibədən sonrakı dövr, bərpa və reinteqrasiya prosesinin gedişatı, eləcə də Cənubi Qafqazda uzunmüddətli sülh və inkişaf perspektivləri barədə geniş məlumat verib. Xüsusi olaraq qeyd edib ki, qazanılan Qələbə Ali Baş Komandan İlham Əliyev tərəfindən düşünülmüş siyasətin, xalqın və dövlətin vəhdətinin nəticəsidir. Azərbaycan öz torpaqlarını beynəlxalq hüquqa əsaslanan haqq və ədalət prinsipinə söykənərək azad edib. Bizim məqsədimiz regionda sülh yaratmaq, ərazilərimizdəki dağıntılar üzərində yenidən həyat qurmaq və bölgədə gələcək nəsillər üçün davamlı sabitliyi təmin etməkdir.

Səfir çıxışında, həmçinin Qarabağın bərpası üçün həyata keçirilən "ağıllı şəhər” layihələri, minalardan təmizləmə prosesi və "Böyük Qayıdış” Proqramı barədə geniş məlumat verib.

Sonda səfir qeyd edib ki, regionda uzunmüddətli sabitlik əməkdaşlıq, qarşılıqlı hörmət və iqtisadi tərəqqi üzərində qurulmalıdır.

Tədbirdə diplomatik korpus adından Qazaxıstan Respublikasının səfiri Rapil Joşıbayev çıxış edərək bildirib ki, Zəfər Günü bütün Türk dünyasının ortaq sevinci və qürurudur. Bu Qələbə sübut etdi ki, tarix boyu bir-birinə dayaq olan xalqlar birlik və həmrəylik içində olduqda heç bir güc onların qarşısında dayana bilməz. Azərbaycanın Zəfəri yalnız bir dövlətin Qələbəsi deyil - o, Türk dünyasının mənəvi birlik simvoludur.

Türkiyə səfiri Mekin Mustafa Kemal çıxış edərək, bu böyük Zəfərlə bağlı Azərbaycan xalqını təbrik edib, ölkəmizin Qələbəsinin Qafqazda və bölgədə sülh və stabillik üçün mühüm amilə çevrildiyini bildirib. O qeyd edib ki, hər zaman Azərbaycanın yanındayıq və sülh anlaşmasının imzalanması ilə biz də Ermənistanla münasibətləri normallaşdıracağıq.

Diplomat çıxışının sonunda bu gözəl bayram əhvali-ruhiyyəsinə görə Azərbaycan səfirliyinə təşəkkürünü bildirib.

Qırğız Respublikasının Parlamentinin sabiq sədri Medetxan Şerimkulov isə vurğulayıb ki, Azərbaycan xalqının Qələbəsi yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də tarixi ədalətin bərpasıdır. Qardaş xalqların birliyi gələcəkdə də bölgədə sülhün təminatçısı olacaqdır. Bununla yanaşı o, qeyd edib ki, Prezident İlham Əliyev bu gün dünyanın aparıcı və böyük siyasətçilərindən biridir və Heydər Əliyevin apardığı siyasəti çox layiqincə davam etdirir: "Mən bu sözləri həmişə demişəm indi də deyirəm”.

Tədbirin bədii hissəsində Zəfər Gününə həsr edilmiş canlı musiqi kompozisiyaları səsləndirilib, Azərbaycan musiqi irsinin klassik nümunələri ifa olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası