Qohumları Əhməddən üz döndərdi: Onunla yalnız bir nəfər maraqlanır — Şok detallar

Qohumları Əhməddən üz döndərdi: Onunla yalnız bir nəfər maraqlanır — Şok detallar
SOSİAL
09:55 12.03.2024
1795
Bakıda ailəsinin 5 üzvünü vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun işində istintaqın hansı istiqamətdə gedəcəyi hələ ki açıq qalır. Xəbər verildiyi kimi, fevralın 22-də məhkəmə onun barəsində tibbi-psixi ekspertizanın keçirilməsi barədə qərar qəbul edib və o, Respublika Psixiatriya Xəstəxanasına köçürülüb, müşahidə altındadır. 

Müşahidə əsasında onun anlaqlı olub-olmadığı ilə bağlı 20 gün ərzində rəy hazırlanacağı bildirilmişdi. Martın 13-də müddət bitir. Qərar olacaqmı, yoxsa müşahidə bir müddət də davam edəcək? Nə qədər? 

Əhməd Əhmədovun vəkili Sevdiyar Bayramov deyib ki, müvəkkili barəsində ekspertizanın rəyini gözləyirlər. O, rəyin konkret neçə günə veriləcəyini söyləməyib.

Qeyd edək ki, istintaqı Xətai Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə aparır. Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi əsasında müəyyən olunur.

Xatırladaq ki, Əhməd Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb. O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və bunu öncədən planlaşdırdığını bildirib. Əhməd Əhmədov ifadə verərkən istintaqçıların suallarını da olduqca aqressiv şəkildə cavablandırıb. "Ailə üzvlərini niyə öldürmüsən” sualına cavabda isə Əhməd Əhmədov "Ailəmi öldürdüm, çünki belə lazım idi” söyləyib.

Hazırda Psixiatriya Xəstəxanasında olan Əhməd Əhmədovun psixi durumu haqqında ziddiyyətli məlumatlar var. Onun bu qətli həyata keçirərkən anlaqlı olub-olmadığı yekun ekspert rəyindən sonra bilinəcək. Əhməd Əhmədovun dindirilməsində iştirak edən hüquq-mühafizə orqanı əməkdaşları, təcrübəli hüquqşünaslar söyləyirlər ki, Ə.Əhmədovun qətli anlaqsız vəziyyətdə törətməsinə hamısında şübhələr yaranıb. Belə ki, o, affekt vəziyyətdə olsaydı, ardıcıllıqla ailəsinin üzvlərini yox, yolda-izdə gördüyü insanları öldürə bilərdi. Amma o, şüurlu şəkildə ailə üzvlərini öldürüb və anasını evə çağırması, sonra bacısının evinə getməsi onun anlaqlı olduğunu göstərir.

Ekspertiza onun cinayət törətdiyi zaman anlaqlı olmadığı haqda rəy verərsə, sonrası necə olacaq? 

"Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat”a  deyib ki, ekspertiza Əhməd Əhmədovun anlaqlı olmadığını müəyyən edərsə, hadisəni affekt vəziyyətində törətdiyini təsdiqləyərsə, bu halda onun barəsində məcburi müalicə qərarı veriləcək: "Əhməd Əhmədovun hadisədən sonra istintaqa verdiyi və ictimailəşən ifadəsi doğrudursa, belə nəticə hasil olur ki, o, törətdiyi əməldən peşman deyil. Bu məqamı onun psixi durumunun o qədər də uyğun olmadığı kimi qiymətləndirmək olar. Belə qanlı cinayəti törətmiş şəxs məntiqlə əməlini təkzib etməli və ya əməlinə haqq qazandırmaq üçün bir bəhanə uydurub deməlidir. Əhməd Əhmədov isə sakitcə cinayətini etiraf edir. 

Onun psixi durumunun ən azı hadisəni törədərkən normal olmasını deməyə əsas verən məqam var və mətbuatda da bu haqda kifayət qədər yazılıb. Əhməd Əhmədov ayrı-ayrı ünvanlarda yaşayan 5 nəfəri bir neçə saat içində öldürüb. Cinayət törətmək üçün mağazadan kəsici-deşici alətlər alıb. Yəni cinayəti planlı şəkildə törədib. Bu, onu deməyə əsas verir ki, Əhməd Əhmədovun psixi sağlamlığında problemlər olsa da, psixi sağlığı tam olaraq sual altında deyil. Hər halda, Əhməd Əhmədovuun psixi sağlamlığı ilə bağlı birmənalı olaraq fikir söyləmək çətindir. İndiki halda məhkəmə ekspertizasının rəyini gözləmək lazımdır"... 

Hazırda Əhməd Əhmədovu qohumlarından heç kim axtarmır. Ona dövlət tərəfindən təyin edilmiş vəkil hüquqi xidmət göstərir. Bundan sonrakı istintaq hərəkətləri zamanı vəkil onu müşayiət edəcək. İstintaq zamanı Əhməd Əhmədov qətllərlə bağlı detalları danışmayıb. Suallara isə lakonik, amma əsəbi cavablar verməklə kifayətlənib. "Balta ilə, bıçaqla vurmuşam” deyərək, əlavə təfərrüat da verməyib. Cinayət alətləri olan bıçaq və baltanı isə atasının yaşadığı evin altındakı mağazadan satın alıb. Hazırda istintaq davam edir. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi
20:21 31.08.2026
"Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
20:13 31.08.2026
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
Pezeşkian: İran Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlıdır
20:07 31.08.2026
Pezeşkian: İran Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlıdır
"Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır"
20:06 31.08.2026
"Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır"
CENTCOM SEPAH-ın iddiasını təkzib edib: Hörmüz boğazında heç bir gəmi minaya düşməyib
19:50 31.08.2026
CENTCOM SEPAH-ın iddiasını təkzib edib: Hörmüz boğazında heç bir gəmi minaya düşməyib
Prezident onlarla ayaqüstü söhbət etdi - FOTOLAR
19:39 31.08.2026
Prezident onlarla ayaqüstü söhbət etdi - FOTOLAR
İrem Dericinin nişanlısı saxlanıldı
19:39 31.08.2026
İrem Dericinin nişanlısı saxlanıldı
“Əla İstisu var, özümlə gətirmişəm” - Prezidentlə Pezeşkianın səmimi dialoqu
19:35 31.08.2026
“Əla İstisu var, özümlə gətirmişəm” - Prezidentlə Pezeşkianın səmimi dialoqu
Ukraynada polis şöbəsində partlayış oldu
19:10 31.08.2026
Ukraynada polis şöbəsində partlayış oldu
Bakıda daha bir yolda təmir işlərinə başlanılır
18:54 31.08.2026
Bakıda daha bir yolda təmir işlərinə başlanılır
Tramp İranı hədələyib: Onları çox sərt vuracağıq
18:39 31.08.2026
Tramp İranı hədələyib: Onları çox sərt vuracağıq
Kiyevdə Rusiyanın hücumu nəticəsində azərbaycanlıya məxsus restoran dağılıb
18:27 31.08.2026
Kiyevdə Rusiyanın hücumu nəticəsində azərbaycanlıya məxsus restoran dağılıb
"Liverpul" 18 yaşlı hücumçu Cilian Nqessanı heyətinə qatır
18:13 31.08.2026
"Liverpul" 18 yaşlı hücumçu Cilian Nqessanı heyətinə qatır
Magistraturaların boş qalan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olundu
18:01 31.08.2026
Magistraturaların boş qalan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olundu
Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir - FOTOLAR
17:48 31.08.2026
Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir - FOTOLAR
Kənd Təsərrüfatı Nazirliyi ilə “Veysəloğlu” arasında memorandum imzalanacaq – FOTOLAR
17:35 31.08.2026
Kənd Təsərrüfatı Nazirliyi ilə “Veysəloğlu” arasında memorandum imzalanacaq – FOTOLAR