Qubada avtomobil piyadanı vuraraq öldürüb

Qubada avtomobil piyadanı vuraraq öldürüb
SOSİAL
20:06 24.11.2026
42
Quba rayonunda 60 yaşlı qadını avtomobil vuraraq öldürüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun Barlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Rəna Orucovanı avtomobil vurub.

Sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR