Ramil Usubov Necdet Özel ilə görüşdü

Ramil Usubov Necdet Özel ilə görüşdü
SİYASƏT
17:25 03.04.2014
1109
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özel ilə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan nazir Ramil Usubov iki dost və qardaş ölkənin daxili işlər orqanları arasında mövcud olan işgüzar əlaqələrdən, Türkiyə Jandarm Komandanlığının Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına göstərdiyi maddi-texniki yardımdan, kadr hazırlığı sahəsindəki rolundan bəhs edib, qonağın bundan öncə Türkiyə Jandarm Qüvvələrinin Baş Komandanı vəzifəsində çalışdığı zaman sözügedən məsələyə xüsusi həssaslıqla və diqqətlə yanaşmasını məmnunluqla xatırladaraq göstərilən hərtərəfli dəstəyə və yardıma görə Türkiyə tərəfinə, şəxsən Necdet Özelə minnətdarlığını bildirib. R.Usubov iki qardaş dövlətin müvafiq qurumları arasında əməkdaşlığın potensial imkanlarından bundan sonra da səmərəli istifadə olunacağına əminliyini ifadə edib.
Daha sonra nazir kriminogen durum barədə qısa məlumat verib, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan sabitliyin yaradıldığını və dönməzliyinin təmin olunduğunu, bunun ilk növbədə vətəndaşlarımızın, həmçinin əcnəbilərin təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə, külli miqdarda xarici sərmayənin Azərbaycan iqtisadiyyatına qoyulmasına əlverişli şərait yaratdığını diqqətə çatdırıb.
Problemlərə toxunan cənab R.Usubov transmilli mütəşəkkil cinayətkarlığın bütün forma və təzahürlərinə, o cümlədən terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və insan alveri ilə yalnız birgə səylərlə mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özel dost və qardaş Azərbaycanda yenidən olduğundan məmnunluğunu bildirib, iki ölkənin aidiyyəti orqanları, o cümlədən Silahlı Qüvvələrin müvafiq qurumları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib və bu əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alpər Coşqun da iştirak edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
14:31 27.07.2026
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
14:28 27.07.2026
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI
14:12 27.07.2026
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI