Ramiz Mehdiyev Əli Kərimli işbirliyi haqda yeni faktlar - AXCP ləğv ediləcək?

Ramiz Mehdiyev Əli Kərimli işbirliyi haqda yeni faktlar - AXCP ləğv ediləcək?
SİYASƏT
15:38 01.12.2025
1534
Xəbər verdiyimiz kimi, AXCP sədri Əli Kərimliyə ittiham elan olunub. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Milli Məclisin deputatı Elman Nəsirov AZXEBER.COM-a açıqlamasında ittihamların səbəbi haqda danışıb: 

"Bu ittihamların yaranma səbəbi birbaşa Ramiz Mehdiyev işi ilə bağlıdır. Axtarış nəticəsində Əli Kərimlinin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığını göstərdiyi iddia olunan materiallar aşkarlanıb. Bu materiallarda onun "Milyarderlər İttifaqı" ilə əlaqələri əks olunub. Eyni zamanda, Əli Kərimlinin ən yaxın tərəfdaşlarından biri olan Saleh Rüstəmlinin Rusiya xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etməsi və həmin qurumların məlumatlarını Əli Kərimliyə ötürdüyünə dair faktların üzə çıxdığı bildirilir. 


Ramiz Mehdiyevin Moskvaya ünvanladığı məktubun redaktə olunmuş variantının da Əli Kərimlinin evindən tapıldığı qeyd olunur”. 

Deputat bildirib ki, bu və digər iddia edilən faktlar Əli Kərimli ilə Ramiz Mehdiyev arasında yaxın əlaqələrin olduğunu göstərir:

"Bu və digər iddia edilən faktlar Əli Kərimli ilə Ramiz Mehdiyev arasında yaxın əlaqələrin olduğunu göstərir. Məlumata görə, Ramiz Mehdiyev Əli Kərimlidən öz mövqelərini möhkəmləndirmək üçün istifadə edib. Əli Kərimli isə onun inzibati və maliyyə resurslarından yararlanıb. Necə deyərlər "əl əli yuyar, əl də üzü” prinsipi ilə hərəkət ediblər”.

E.Nəsirov vurğulayıb ki, Əli Kərimli özünü hər zaman qərbyönümlü siyasətçi kimi təqdim edib:

"Paradoksal olan isə budur ki, Əli Kərimli özünü hər zaman Qərbyönümlü siyasətçi kimi təqdim edib. Hazırda isə yayılan məlumatlar bunun əksinə olaraq, siyasi ikiüzlülük və qeyri-səmimilik olduğunu iddia edir. Əslində, Əli Kərimli Ramiz Mehdiyevin idarə etdiyi "orkestr”da birinci "skripka” rolunu oynayıb. Əli Kərimli Ramiz Mehdiyevin təsiri altında olan siyasi "orkestrdə” aparıcı rol oynayıb və bu fəaliyyətin hədəfi Azərbaycan dövləti olub.
Bununla yanaşı, Anti-Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədən deportasiya edilib və hazırda istintaqa cəlb olunduğu bildirilir. Qurumun digər üzvü Cəmil Həsənlinin də dindirilməyə çağırıldığı qeyd olunur. İstisna edilmir ki, iş üzrə təqsirləndirilən şəxslərin dairəsi genişlənə bilər və yeni adlar ortaya çıxa bilər”.

Parlamentari qeyd edib ki, cəmiyyəti AXCP-nin fəaliyyətini davam etdirməsi narahat edir:

"Cəmiyyəti narahat edən əsas məsələlərdən biri də budur ki, əgər partiya sədrinə ağır ittihamlar irəli sürülürsə, partiyanın sonu necə olacaq? Həmin partiyanın mövcudluğu ilə bağlı suallar ortaya çıxır. Cəmiyyətin bir qismi hesab edir ki, partiyanın özü də bu prosesdə məsuliyyət daşıya bilər və belə olduğu təqdirdə təşkilatın fəaliyyətinə xitam verilməsi müzakirə mövzusuna çevrilər. Rəhbər bu cür ağır ittihamlarla üzləşirsə, partiyanın özü də cinayətə bulaşıb. Sözügedən partiyanın Azərbaycan siyasi sistemində mövcudluğuna heç bir əsas yoxdur”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
12:59 05.11.2026
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
12:41 05.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı
12:38 05.11.2026
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı