Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb

İQTİSADİYYAT
13:18 02.12.2019
2500
Ölkənin ən gənc mobil operatoru "Nar”, müştərilərini yüksək sürətli və keyfiyyətli internetlə təmin etmək məqsədilə baza stansiyalarının sayını artırmağa davam edir.
 
AZXEBER.COM xəbər verir ki, şəbəkəni əhali üçün daha əlçatan etmək məqsədilə il ərzində 1050-dən artıq 4G, 210-dan artıq isə 3G baza stansiyası qurulub. Bununla da hazırda "Nar”ın LTE və LTE-A texnologiyalı baza stansiyalarının sayı 2750-ni, 3G baza stansiyalarının sayı isə 2815-i ötüb. 4G və 3G baza stansiyalarının sayını sürətlə artırmaqla mobil operator, Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin edir. Aparılan davamlı şəbəkə təkmilləşdirmə işlərinin nəticəsi olaraq, Bakı və Abşeron yarımadasından başqa, 54 region "Nar”ın sürətli 4G şəbəkəsi ilə əhatə olunub. 

Bütün ölkə ərazisində quraşdırılan yeni LTE texnologiyalı baza stansiyaları regionlarda 4G internet istifadəçilərinin sayının artmasına da səbəb olub. Belə ki, son 1 il ərzində 4G internetindən istifadə edənlərin sayı Bakı üzrə 78%, regionlar üzrə isə 100%-dən çox artıb. Hazırda "Nar”-ın yüksəkkeyfiyyətli 4G xidmətindən yararlanan aktiv abunəçilərin sayı 900 mini ötüb. 

"Nar” ötən ilin müvafiq dövrü ilə müqayisədə 4G şəbəkəsinin coğrafi əhatə dairəsini 347%, ölkə əhalisinin əhatə dairəsini isə 120% artırmağa nail olub. Bununla da hazırda mobil operatorun 4G şəbəkəsi ölkə ərazisinin 74,3%-ni (işğal olunmuş ərazilər istisna olmaqla), ölkə əhalisinin isə 92%-ni əhatə edir. "Nar” hazırda 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:24 14.07.2020

XİN: Ermənistan bütün qanunsuz əməllərin cavabını verəcək

23:38 13.07.2020

Qənirə Paşayeva cəbhədəki gərginlikdən yazdı: "Diplomatik uğurlarımız Ermənistanı ciddi narahat edir"

23:12 13.07.2020

TƏBİB koronavirusla bağlı son məlumatı açıqladı

22:41 13.07.2020

Ukrayna XİN: “Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır” - BƏYANAT

22:35 13.07.2020

Çavuşoğlu: “Can Azərbaycana canımız fəda” - VİDEO

22:13 13.07.2020

Gənclərin koronavirusa daha həssas olduğu üzə çıxdı

21:24 13.07.2020

Ermənilərin 20 nəfərdən çox şəxsi heyəti darmadağın edildi - VİDEO

20:37 13.07.2020

Ermənilərin atdığı top mərmisi bu evə düşüb

19:53 13.07.2020

Yuxarı Ağcakəndə güclü leysan yağıb, təsərrüfata və əhaliyə ziyan dəyib - VİDEO

19:47 13.07.2020

ATƏT Minsk qrupu həmsədrləri: Qarabağda gərginləşməyə yol vermək olmaz

19:31 13.07.2020

XİN: “Ermənistanın törətdiyi təxribat yeni bir aqressiya, təcavüz aktıdır” - VİDEO

19:17 13.07.2020

Gürcüstan prezidenti Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yaydı

18:35 13.07.2020

Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ

18:27 13.07.2020

"Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir"

18:25 13.07.2020

"Azərbaycan tərəfi mülki əhalini atəşə tutmur"- Rəsmi

17:59 13.07.2020

Rəhim Qazıyev saxlanıldı və barəsində cinayət işi başlanıldı