Rusiyalı politoloq: "Erməni “cəngavər”ləri döyüş meydanından dovşan kimi qaçırdılar"

DÜNYA
18:44 20.11.2020
722

"Azərbaycanlı məcburi köçkünlərin Qarabağa qayıdışı gələn ildən başlaya bilər”.

Bunu Report-un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq Sergey Markov deyib.

"Azərbaycan iqtisadiyyatı xeyli güclüdür, üstəlik, xaricdən də böyük sərmayələr gələcəyini düşünürəm. O cümlədən qardaş ölkələr - Türkiyə və Rusiya da sərmayə yardımı edəcəklər. Türkiyənin nəhəng inşaat sektorunu da nəzərə alsaq, azad olunan rayonların tezliklə iqtisadi artımın mərkəzinə çevriləcəyini deyə bilərik”, - deyən rusiyalı ekspert Qarabağdan köçüb gedən ermənilərin evlərini yandırmasına, meşələri qırmasına da münasibət bildirib: "Azərbaycan ermənilərin bu vəhşiliyini dayandırmaq üçün həyəcan təbili çalmalıdır. Beynəlxalq təşkilatların da bu barədə sözlərini deyərək Ermənistan hökumətindən dərhal təsirli tədbirlər görməsini tələb etmələri üçün addımlar atılmalıdır”.

Ağdam rayonunun Azərbaycana qaytarılması ilə bağlı Ermənistanda baş qaldıran etirazlara toxunan rusiyalı politoloq qeyd edib: "Bu mitinqlər əsasən Ermənistanın müharibəni uduzması ilə bağlıdır. Onlar elə bilirdilər ki, azərbaycanlılar alverçi, ermənilər isə igid cəngavərdir. Amma həmin "igid cəngavərlər” döyüş meydanından dovşan kimi qaçırdılar. Odur ki, Ermənistan ictimaiyyəti şokdadır. Təbii ki, belə şeyi qəbul etmək çox çətindir, amma gec-tez bunu qəbul etməli olacaqlar”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:15 24.11.2020

Erməni baş redaktordan çağırış: “Qarabağa dönməyin” - VİDEO

16:10 24.11.2020

Xədicənin təhsil haqlarını öhdəsinə götürən Əziz Sancar kimdir? - VİDEO

15:53 24.11.2020

"Qalatasaray" klubu şəhidimiz Fərid Dursunovla bağlı paylaşım etdi - FOTO

15:52 24.11.2020

Putindən Qarabağla bağlı yeni açıqlama

15:41 24.11.2020

Şuşaya aparan avtomobil yolunun inşasına start verildi - FOTO

15:18 24.11.2020

Sosial şəbəkədə gündəmə çevrilən 20 yaşlı qazimizin anası danışdı - VİDEO

15:15 24.11.2020

Azərbaycanda kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı rəsmi AÇIQLAMA

15:06 24.11.2020

Ermənilərin mənimsədiyi xalçamızla bağlı tarixi yalan ifşa edildi: Bizə məxsus olduğu təsdiqləndi - FOTO

15:06 24.11.2020

Ermənistanda daha bir nazir istefa verdi

15:03 24.11.2020

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

14:38 24.11.2020

Ermənilər Kəlbəcərin girişindəki lövhəni sökdü – FOTO

14:34 24.11.2020

Ermənilər Azərbaycan Ordusundan kömək istədi - ANBAAN VİDEO

14:33 24.11.2020

Məzarında “Qalatasaray” bayrağı qaldırılan şəhid zabitimiz - FOTOLAR

14:07 24.11.2020

Ayağından yaralanan İlqar: "Xəstəxanada 1 həftə ağladım ki, məni yenidən müharibəyə göndərin" - VİDEO

14:02 24.11.2020

Səhiyyə Nazirliyi koronavurisla mübarizə aparan həkimlərə əlavə pul ödəyib

13:44 24.11.2020

Qarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldü - FOTO