“SOCAR-ın Türkiyədəki investisiyaları geniş bölgənin rifahına, sülh və sabitliyinə töhfə verir”

İQTİSADİYYAT
16:50 10.10.2019
4868
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki investisiyaları sadəcə Azərbaycanın və Türkiyənin deyil, eyni zamanda Avrasiyanın, xüsusən də Avropa coğrafiyasını əhatə edən geniş bir bölgənin rifahına, sülh və sabitliyinə töhfə verir, enerji təhlükəsizliyini təmin edir.

Bunu "Report”a Türkiyə Enerji İqtisadiyyatı Dərnəyinin prezidenti, Boğaziçi Universitetinin professoru Gürkan Kumbaroğlu bildirib.

"SOCAR-ın Türkiyədəki nəhəng enerji sərmayələri "Bir millət, iki dövlət” ifadəsini sadəcə ifadə olmaqdan çıxardaraq bu millətin gücünü hamıya göstərdi. TANAP vasitəsilə nəql edilən Azərbaycan qazı xüsusilə Balkan ölkələrində hələ də geniş yayılan kömürü əvəz edəcək. Bu qaz etibarlı və təmiz enerji mənbəyi olaraq bir tərəfdən kükürd dioksid, azot oksidi və partikül maddə kimi havanı çirkləndirən emissiyaları, digər tərəfdən qlobal istiləşməni dəstəkləyən karbon emissiyalarını əhəmiyyətli miqdarda azaldaraq ölkələrin davamlı inkişafına dəstək verir”,-G.Kumbaroğlu vurğulayıb.
 
O qeyd edib ki, SOCAR-ın Türkiyədəki nəhəng enerji sərmayələri Azərbaycanın Avropaya açılan qapısıdır: "Bu qapı eyni zamanda Avropa ölkələrinin Türkiyə və Azərbaycana qarşı siyasəti üzərində də bir sinerji təşkil edəcək. Azərbaycan artıq Avropa üçün mənbələrin müxtəlifliyini təmin edən etibarlı, əhəmiyyətli enerji tədarükçüsünə çevrilməkdədir”.

Ekspert, həmçinin əlavə edib ki, bu investisiyaların Azərbaycana faydasını sadəcə rifahın artırılması, təmin edilən iqtisadi dəyər olaraq deyil, digər sahələrdə də sinerji təmin edəcək inkişaf olaraq da qiymətləndirmək lazımdır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

10:59 02.07.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı 939-a çatdı

10:58 02.07.2020

Vilayət Eyvazov: Ölkə ictimaiyyətinə, media mənsublarına təşəkkürümüzü bildiririk

10:48 02.07.2020

Vilayət Eyvazov: “Sosial şəbəkələrdə əhali arasında xof, vahimə yaradan yalan məlumatlar yayılır”

10:44 02.07.2020

Lerikdə maşın dərəyə yuvarlanıb: Ölənlər və yaralananlar var

10:36 02.07.2020

YAP rayon təşkilatının sədri icra başçısının müavini təyin olundu

10:28 02.07.2020

Ziya Məmmədovun qardaşı oğlu içkili maşın sürdü, polis saxladı

10:20 02.07.2020

İlham Əliyevdən Azərbaycan Polisi Günü ilə bağlı paylaşım - FOTO

10:14 02.07.2020

Bakıda 29 yaşlı iş qadını ürəktutmadan öldü

01:19 02.07.2020

Azərbaycan Polisinin yaranmasından 102 il ötür

01:15 02.07.2020

Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etdi

23:46 01.07.2020

Dünyada 10,3 milyondan çox insan koronavirusa yoluxub

23:19 01.07.2020

Çempionlar Liqası: 2020/2021 mövsümünün tam təqvimi açıqlandı

22:51 01.07.2020

Türkiyədə koronavirusa yoluxanların sayı 200 mini ötdü

22:24 01.07.2020

Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu “Həsən Bəy Zərdabi Həftəsi”nə start verib - FOTO

21:58 01.07.2020

Azərbaycanda 202 xəstə süni tənəffüs cihazına qoşulub

21:42 01.07.2020

Evdə müalicə alan koronavirus xəstəsi mağazaya getdi, cinayət işi açıldı - VİDEO