Şuşada qayalara ad yazan turistləri nə gözləyir? – Xaricdə cəzası HƏBSDİR

Şuşada qayalara ad yazan turistləri nə gözləyir? – Xaricdə cəzası HƏBSDİR
SOSİAL
15:57 04.09.2026
588

Son günlər sosial şəbəkələrdə Şuşa şəhərinə gələn bəzi turistlərin qayaların üzərinə müxtəlif yazılar yazması müzakirələrə səbəb olub.

Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova da qurumun adından ictimaiyyətə müraciət edib.

O, şəhərə gələn şəxslərin həm təbiətə, həm də tarixi əhəmiyyət daşıyan qayalara ziyan vurmasından narazılığını bildirib:

"Belə hallar çoxdur. Məsələ ilə bağlı dəfələrlə tədbir görülüb, qayaları korlayan şəxslər cərimələnib və onlara izahat verilib. Lakin buna baxmayaraq, xoşagəlməz hallar davam edir və təkrarlanır. Biz rica edirik, güllə və qan izlərinin olduğu, uğrunda canlar verilmiş Şuşada bu kimi halların yaşanmaması üçün birlikdə mübarizə aparaq. Bütün bunların fonunda gəlib orada yazı yazmaq, ad yazmaq, hər şeydən əvvəl, o torpaqlara canını qoyanların ruhuna hörmətsizlikdir”.

Tarixi və təbii məkanlarda, xüsusilə Şuşa kimi tarixi və mədəni əhəmiyyət daşıyan şəhərdə bu cür davranış yalnız etik məsələ deyil, müəyyən hallarda qanun pozuntusu kimi də qiymətləndirilə bilər.

Bir çox ölkələrdə də tarixi abidələrə, təbii landşaftlara və qorunan ərazilərdəki obyektlərə yazı yazılması və onların zədələnməsi ilə bağlı müxtəlif hüquqi tədbirlər görülür.

AZXEBER.COM mövzu ilə bağlı araşdırma aparıb.

Məsələn, ABŞ-da milli parklarda qayalara, tarixi və arxeoloji obyektlərə yazı yazmaq qadağandır. ABŞ Milli Parklar Xidmətinin məlumatına görə, park ərazisində təbii və mədəni resursların üzərinə yazı yazmaq qanunsuzdur. Bəzi hallarda bu cür əməllər federal qanunvericiliyə əsasən cinayət məsuliyyətinə səbəb ola bilər.

ABŞ-ın Capitol Reef Milli Parkında yayımlanan xəbərdarlıqda da qayalara yazı yazılmasının qanunsuz olduğu və müəyyən hallarda Arxeoloji Resursların Mühafizəsi Aktı çərçivəsində məsuliyyətə səbəb ola biləcəyi bildirilir. Belə əməllər üçün həbs və yüksək məbləğdə cərimələr nəzərdə tutula bilər.

Fransada da tarixi və mədəni irsə zərər vurulmasına görə hüquqi məsuliyyət mövcuddur. Ölkənin Cinayət Məcəlləsində əmlakın dağıdılması, zədələnməsi və ya korlanmasına görə müxtəlif cəza tədbirləri nəzərdə tutulur. Qorunan tarixi və mədəni irs obyektlərinə zərər vurulması isə bəzi hallarda daha ağır məsuliyyət yarada bilər.

Yaponiyada da mədəni irs obyektlərinin üzərinə yazı yazılması sadə "turist səhvi” kimi qəbul edilmir. Ölkənin mədəni sərvətlərin qorunmasına dair qanunvericiliyi tarixi və mədəni əhəmiyyət daşıyan obyektlərin mühafizəsini nəzərdə tutur. Turistlərə də mədəni obyektlər üzərində qraffiti və digər izlər buraxmamaq tövsiyə olunur.

Avstraliyada isə milli parklar və digər qorunan ərazilərdə təbii xüsusiyyətlərin, obyektlərin və irs nümunələrinin zədələnməsi və korlanması hüquqi məsuliyyət yarada bilər. Konkret cəzanın növü və məbləği isə ərazinin hüquqi statusundan və pozuntunun xarakterindən asılıdır.

Türkiyədə də mədəni və təbii irsin qorunması ayrıca qanunvericiliklə tənzimlənir. 2863 saylı "Mədəni və Təbii Varlıqların Mühafizəsi haqqında” qanunla qorunan mədəni və təbii sərvətlərin mühafizəsi üçün xüsusi hüquqi rejim müəyyən edilir. Bu obyektlərə icazəsiz müdaxilə və zərər vurulması hallarında məsuliyyət nəzərdə tutulur.

Beləliklə, müxtəlif ölkələrin təcrübəsi göstərir ki, tarixi və təbii ərazilərdə qayaların üzərinə ad, tarix və digər yazılar həkk etmək bir çox hallarda sadəcə "xatirə saxlamaq” kimi deyil, qorunan əraziyə müdaxilə, əmlakın və ya mədəni irsin zədələnməsi, bəzi hallarda isə vandalizm kimi qiymətləndirilə bilər.

Fəridə Əsədzadə

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hərbçilərin həyat yoldaşlarına 400 manat müavinət veriləcək
14:52 17.11.2026
Hərbçilərin həyat yoldaşlarına 400 manat müavinət veriləcək
Məktəblimiz beynəlxalq sərgidə xüsusi mükafata layiq görülüb
14:39 17.11.2026
Məktəblimiz beynəlxalq sərgidə xüsusi mükafata layiq görülüb
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
14:29 17.11.2026
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
Yaponiya Rusiyaya nota verdi: 81 illik mübahisə yenidən alovlandı
14:15 17.11.2026
Yaponiya Rusiyaya nota verdi: 81 illik mübahisə yenidən alovlandı
Qara dənizdə qaz daşıyan gəmi batdı - ekipajın xilasetmə əməliyyatı aparılır
14:11 17.11.2026
Qara dənizdə qaz daşıyan gəmi batdı - ekipajın xilasetmə əməliyyatı aparılır
Media və Yayım Şurası: Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı müddəa yeni hüquqi tələb deyil
13:51 17.11.2026
Media və Yayım Şurası: Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı müddəa yeni hüquqi tələb deyil
Ukrayna NATO-ya üzv ola bilər? -  “Şansı minimum səviyyədədir”
13:45 17.11.2026
Ukrayna NATO-ya üzv ola bilər? - “Şansı minimum səviyyədədir”
Krım körpüsünə yenidən hücum: Hərəkət dayandırıldı
13:42 17.11.2026
Krım körpüsünə yenidən hücum: Hərəkət dayandırıldı
33 manatlıq parkinq müzakirə yaratdı – Tariflər necə müəyyənləşdirilməlidir? - VİDEO
13:28 17.11.2026
33 manatlıq parkinq müzakirə yaratdı – Tariflər necə müəyyənləşdirilməlidir? - VİDEO
Almaniya XİN başçısı bu gün Azərbaycana gələcək
13:20 17.11.2026
Almaniya XİN başçısı bu gün Azərbaycana gələcək
Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR
13:11 17.11.2026
Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR
Elviranın ölümü ilə bağlı ATU tələbələrindən şok iddialar: Rəşid Mahmudov sərt cavab verdi
13:08 17.11.2026
Elviranın ölümü ilə bağlı ATU tələbələrindən şok iddialar: Rəşid Mahmudov sərt cavab verdi
“Bura danışmaqxana deyil” - Spikerdən deputata irad
13:04 17.11.2026
“Bura danışmaqxana deyil” - Spikerdən deputata irad
Ailə büdcəsini ən çox hansı xərclər tükədir? – VİDEOSORĞU
12:53 17.11.2026
Ailə büdcəsini ən çox hansı xərclər tükədir? – VİDEOSORĞU
Sabah hava necə olacaq?
12:35 17.11.2026
Sabah hava necə olacaq?
Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir
12:14 17.11.2026
Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir