TamKart və IBA Miles sahibləri kart qalığından da qazanır!

TamKart və IBA Miles sahibləri kart qalığından da qazanır!
İQTİSADİYYAT
18:33 12.04.2021
594
Azərbaycan Beynəlxalq Bankının TamKart debet və IBA Miles debet kartlarına sahib olmaq indi daha da sərfəlidir. Bank TamKart və IBA Miles debet kartı sahiblərinə kartdakı vəsaitlərinə əlavə faiz qazancı əldə etmək imkanı yaradıb.
 
AZXEBER.COM xəbər verir ki, Bankın TamKart və IBA Miles debet kart sahibləri heç bir minimal məbləğ tələbi olmadan hesabdakı vəsaitlərindən illik 3% gəlir əldə edirlər. Faiz gəliri hər günün sonuna kartda olan vəsaitə hesablanır və ayın sonunda müştərinin kart hesabına köçürülür. TamKart sahibləri faiz gəlirlərini pul vəsaiti, IBA Miles sahibləri isə əlavə millər şəklində alırlar. Bu qazanc imkanı yalnız manat valyutasında olan kartlara aiddir.

TamKart VISA Classic və TamKart MasterCard Standard istifadəçiləri bu imkandan yalnız Azərbaycan Beynəlxalq Bankının mobil tətbiqində qeydiyyatda olduqları halda faydalana bilərlər.

TamKart müştərilərə bankla tərəfdaş məkanlarda kəşbək imkanları yaradır. Ödənişlərini bu kartlarla aparan hər bir müştəri xərclədiyi vəsaitin müəyyən hissəsini ayın sonunda kart hesabına geri alır. Azərbaycan Beynəlxalq Bankının "QayğıCash” proqramı çərçivəsində Bankla tərəfdaş məkanlarda alış-veriş zamanı 20%-dək kəşbək müştərinin kart hesabına geri qayıdır. Azərbaycan Beynəlxalq Bankının TamKart üzrə partnyor şəbəkəsi barədə ətraflı məlumatları https://tamkart.az/ saytından əldə etmək və kartı onlayn sifariş etmək olar.

IBA Miles kartları isə müştəriyə hər ödənişdən millər qazandırır. Sonra toplanmış millər pulsuz təyyarə biletlərinə, yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. IBA Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onları istədiyi formada dəyişə bilər. Kart haqqında daha ətraflı məlumatları https://ibamiles.az/ saytından öyrənmək və kartı sifariş vermək mümkündür.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
18:19 20.10.2026
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
17:54 20.10.2026
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
17:49 20.10.2026
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
17:35 20.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
Bu yolda hərəkət məhdudlaşdırılacaq
17:32 20.10.2026
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
16:32 20.10.2026
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
16:28 20.10.2026
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
16:25 20.10.2026
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
16:18 20.10.2026
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
16:12 20.10.2026
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı